Debil əvvəlki dövrlərdə psixologiya və psixiatriyada əqli qüsuru ifadə etmək üçün istifadə edilən bir termin olmuşdur.Rafter, Nicole Hahn (1998). Creating Born Criminals. University of Illinois Press, Debillik (latınca dēbilis — zəif) inkişaf ləngiməsi və ya döl beyninin üzvi zədələnməsi nəticəsində yaranan əqli geriliyin bir dərəcəsidir. İlk dəfə 1890-cı ildə Valanten Manyan tərəfindən ayrılmışdır. Termin populyarlaşdıqdan sonra psixoloji bir termin kimi deyil, daha çox təhqir kimi istifadə edildiyi üçün psixoloji ictimaiyyət tərəfindən istifadə edilmədi. Debil əvəzinə alternativ sözlərdən istifadə olunmağa başladı. İngilis dilli ölkələrdə isə bu terminin əvəzinə 1910-cu ildə psixoloq Henri H. Qoddard tərəfindən təqdim edilən "moron" termini istifadə olunmağa başladı.
Mənşəyi və istifadəsi Qoddard tərəfindən təqdim edilən moron termini qədim yunan sözü olan μsωρός (moros) kəlməsindən yaradılmışdır,Trent, James W. Jr. (2017). Inventing the Feeble Mind: A History of Intellectual Disability in the United States. Oxford University Press, bu da "küt" mənasını verir və Binet şkalası ilə yetkinlik yaşı 7 ilə 10 arasında olan bir insanı təsvir etmək üçün istifadə olunurdu. Debil sözü "axmaq" və "zəif düşüncəli" kimi əvvəllər psixologiyada istifadə olunurdu, lakin indi psixoloqlar tərəfindən istifadə olunmur.Zenderland, Leila (2001). Measuring Minds: Henry Herbert Goddard and the Origins of American Intelligence Testing. Cambridge University Press,
Köhnəlmiş tibbi təsnifatda (ICD-9, 1977) debil zəif təfəkkürlü insanların İQ 50–70 diapazonunda olan "əqli gerilik", "yüngül zehni subnormallıq " və ya "yüksək dərəcəli qüsur" olduğu deyilirdi.
Qoddardın öz ideyalarını populyarlaşdırmaq cəhdlərinə qarşı müqavimət başladıqdan sonra o, əvvəllər söylədiyi fikirlərdən əl çəkməli oldu.Chase, Allan (1977). The Legacy of Malthus: The Social Costs of the New Scientific Racism. Knopf/Random House,
Həmçinin bax Anadangəlmə yod çatışmazlığı sindromu Evfemizm
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Köhnəlmiş psixi pozğunluq terminləri Kateqoriya:Köhnəlmiş tibbi terminlər Kateqoriya:Neyroinkişaf pozuntuları