thumb|2010-cu ildə mitinqdə iştirak edən şəxsin Qodvin qanununa açıq şəkildə istinad edən köynəyində yazılanlar: "Mən sizinlə razı deyiləm, amma əminəm ki, siz Hitler deyilsiniz." Qodvin qanunu — "Onlayn müzakirə uzandıqca, nasistlər və ya Hitler ilə bağlı bir müqayisə etmə ehtimalı birə yaxınlaşır" şəklində deyilən internet atalar sözü.
Tarixi Amerikalı vəkil və yazıçı Mayk Qodvin tərəfindən 1990-cı ildə anlayışı qoyulan Qodvin qanunu ilk olaraq Usenet xəbər qruplarının müzakirələrinə istinad edirdi. O, 1990-cı ildə Qodvin qanununu memetikada təcrübə kimi təqdim etdiyini, xüsusən də Holokostu əhəmiyyətsizləşdirdiyinə inandığı bu cür müqayisələrin tez-tez rast gəlindiyini nəzərə aldığını bildirmişdi. Daha sonra bu, İnternet forumları, söhbət otaqları və sosial media şərhləri kimi istənilən onlayn müzakirələrdə, habelə "Reductio ad Hitlerum" olan çıxışlarda, məqalələrdə və digər ritorikalarda istifadə edilməyə başlandı.
2012-ci ildə Qodvin qanunu Oksford İngilis dili lüğətinin üçüncü nəşrinə daxil edildi.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Prinsiplər Kateqoriya:İnternet terminləri Kateqoriya:Eponimlər Kateqoriya:Adolf Hitler Kateqoriya:Eponim qanunlar Kateqoriya:Elmi yumor Kateqoriya:Virtual icmalar