Türban tullama, və ya ammameparani () — İranda etirazçıların şiə ruhanilərinə öz nifrətlərini bildirmək və bununla da onları təhqir etmək üçün bir mollanın başındakı türbanı tullaması. Tipik olaraq, etirazçı hədəfin yanından qaçır, onun baş geyimini çıxarır və həbs olunmamaq üçün hadisə yerindən qaçmağa davam edir. 2022-ci ildə İranda Məhsa Əmininin ölümündən sonra keçirilən etiraz aksiyaları zamanı insanlar bu hərəkəti lentə alıb sosial şəbəkələrdə yerləşdirmişdir. Bu, etiraz metodunun qısa müddətdə populyarlaşmasına səbəb olmuşdur.

Metodologiya Türban tullamaq qadınların ruhani quruluşa qarşı müqavimətinin ifadəsi kimi müşahidə olunmağa başlanmışdır. Bu hərəkəti əvvəlcədən planlaşdıran qadınlar saçlarını örtmədən bunu həyata keçirmişdilər, bu da qanunla cəzalandırılırdı. Buna baxmayaraq, bu qanunsuz əməldə iştirak məqsədyönlü olmuş və presedent yaratmışdır. Etirazın bu iki formasının birləşməsi, həmçinin qadının öz saçını örtməkdən imtina etməsi, başqa şeylərlə yanaşı, üç məqsədə xidmət edir. Birincisi, bu, İranda teokratik qanunlar ilə əməkdaşlıqdan imtinanın ifadəsidir. İkincisi, bu, Mahsa Əmini etirazları zamanı etirazçıların əsas hədəfi olan İran əxlaq polisinə qarşı vətəndaş itaətsizliyini ifadə edir. Üçüncüsü, bu, etirazlar barədə məlumatlılığın artırmaq, mülki narazılığın mövcudluğunu göstərmək, status-kvonun tərəfdarlarını qəzəbləndirən sosial və dini tabulara əl atmaq üçün şərait yaratmaq məqsədi daşıyan bir aktdır. Bəziləri inanır ki, müsəlman ruhanilərinin geyimi islam peyğəmbərinin geyimidir və ona hörmət edilməlidir.

Tarixi İranın müasir tarixində ilk dəfə 1909-cu il İran Məşrutə inqilabının təntənəsi zamanı kiminsə türbanı atılmışdır. Burada Yusif xan Şeyx Fəzlullah Nurinin çamağını etirazçılara atmışdır.

İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyni mollalara qarşı müxalifətdə olanlardan ilk növbədə öz türbanlarını çıxarmağı tələb etmişdir. O, bunu İraqın Nəcəf şəhərində sürgündə olarkən bildirmiş, Pəhləviləri dəstəkləyən iranlı din xadimlərini alçaldaraq onları "məhkəmə mollaları" və ya "rüşvətxor mollalar" adlandırmışdır. Xomeyni demişdir ki, "gənclərimiz islam fəqihləri adı ilə müsəlman cəmiyyətində fitnə-fəsad törədən mollaların türbanlarını götürməlidirlər. Onları çox döyməyə ehtiyac yoxdur, sadəcə olaraq türbanlarını götürmək kifayət edir".

Məhsa Əmini etirazları Məhsa Əmininin ölümündən sonra 2022-ci ildə İranda ümummilli etirazlar zamanı türban tullama siyasi kampaniyaya çevrilmişdir. Bu, 3 noyabr 2022 tarixindən etibarən genişlənmişdir. İnsanlar dini hökumətdən və İslam Respublikasının rəhbərlərindən narazı olduqlarını bəyan etmək üçün ruhanilərin türbanlarını tullamışdılar.

Reaksiyalar İraqlı din xadimi və İraq şiələrinin liderlərindən biri olan Müqtəda əs-Sədr bu aktı tənqid etmiş və onun digər müsəlman ölkələrinə yayılmasından narahatlığını bildirmişdir. "Ammameparani"yə cavab olaraq "ammamebusi" adlı paralel kampaniya başladılmışdır (; ). İran və İraqda bəzi insanlar din xadimlərinə hörmət əlaməti olaraq mollaların türbanlarını öpmüş və bu əməli lentə alaraq sosial şəbəkələrdə yaymışdılar.

İstinadlar

Kateqoriya:İranda etiraz aksiyaları