Airyanəm-Vaecah ( (çox vaxt airyanəm vaējah), "Aryan düzənliyi") — qədim iranlıların, arilərin mifik dədə-baba yurdu; Vidivdada görə, Ahura Mazda tərəfindən bəşəriyyət üçün yaradılmış 16 "ən yaxşı" () "yerlər və regionlar" ( və ) siyahısı məhz onunla başlayır.

Təsviri Bu ölkə, ərazisindən gözəl Daityya (Vahvi-Datiya) çayının axdığı sonsuz bir düzənlik kimi təsvir edilmişdir. Ölkəyə göndərilən fəlakətlər kimi "narıncı ilan" və on aylıq qış göstərilir. "Ən yaxşı ölkənin" sərt iqlim şəraiti alimlər arasında müzakirələrə səbəb olmuşdur. Belə ki, Helmut Qumbax bu uyğunsuzluğu Avestanın Pəhləvi dilindəki mətnində mövcud olan sətirin itirilməsi ilə izah edir: "sonra: yeddi ay yay və beş qış ayları" iqlim normalarına kifayət qədər müvafiqdir. Zərdüştün əfsanəvi vətəni və dünyanın mərkəzi kimi Avestanın digər hissələrində də tez-tez xatırlanır. Meri Boysa görə, Airyanam Vaecah bu siyahıda "gec əlavə kimi görünür". Midiya maqları öz ölkələrini məhz bu region ilə eyniləşdirirdilər.

Həmçinin bax Avesta Hörmüzd Yəşt Əhrimən Zərdüştçülük Zərdüşt

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Zərdüştçülük Kateqoriya:Fars mifologiyası Kateqoriya:İran tarixi Kateqoriya:Əfqanıstan tarixi Kateqoriya:Din tarixi Kateqoriya:Avesta dili Kateqoriya:İran şəxsləri