Yusif Nəbiyev () — Azərbaycan Premyer Liqasında "Səbail"də müdafiəçi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu.
1997-ci il sentyabrın 3-də Azərbaycanın Ağstafa rayonunda anadan olub. İlk 6 sinfi Ağstafa şəhər 3 saylı orta məktəbdə oxuyub. 2010–2015-ci illərdə Qəbələ şəhər 2 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 6 yaşında Ağstafa “Avey” FK-nın uşaq yaş qrupunda məşqçilər Rəşad Axundov və Mahir Mustafayevin rəhbərliyi altında futbola başlayıb. 2010-cu il fevralın 1-də 13 yaşında ikən 13, 14, 15, 16 və 17 yaşadək yaş kateqoriyalarında çıxış etdiyi "Qəbələ" FK-nın futbol akademiyası ilə müqavilə imzalayıb.
Karyera
Klub 2015-ci ilin əvvəlində Yusif Nəbiyev "Qəbələ" FK-nın əvəzedici komandasında çıxış etməyə başlayıb və burada iki mövsüm keçirib, Premyer Liqa klublarının əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının əvvəl gümüş mükafatçısı, sonra isə qalibi olub.
2016-cı ilin yay transfer pəncərəsində icarə əsasında bir illik müqavilə bağladığı Sumqayıt klubuna keçdi. 6 avqust 2016-cı ildə Azərbaycan Premyer Liqasında "Sumqayıt" FK-nın əsas heyətində ilk rəsmi oyununu "Zirə" komandasına qarşı keçirib. +№SezonKlubOyunEhtiyatdaQol12014/2015"Qəbələ"264022015/2016"Qəbələ"302032016/2017"Sumqayıt"1773
Şəxsi həyatı Yusif "Viktoria Žižkov"un futbolçusu Fərid Nəbiyevin böyük qardaşıdır.
Fəxri
Beynəlxalq Azərbaycan U23
İslam Həmrəyliyi Oyunları: (1) 2017
U-17 21 sentyabr 2013-cü ildə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının tərkibində ilk oyununu keçirib. UEFA Avropa çempionatının qrup mərhələsinin İslandiya millisi ilə 3:3 hesablı heç-heçə ilə başa çatan oyununda o, matçın 90 dəqiqəsinin hamısını meydanda keçirib.
U-19 2014-cü ildə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sıralarına çağırılıb. O, ilk oyununu rəsmi oyunda 2014-cü il noyabrın 12-də Avropa çempionatının qrup mərhələsində Slovakiya millisinə qarşı keçirib. Oyunun 84-cü dəqiqəsində əvəzedici kimi meydana çıxdı.
U-21 O, 2016-cı il oktyabrın 7-də Finlandiya yığması ilə UEFA Avropa çempionatının qrup mərhələsinin seçmə mərhələsində Azərbaycanın gənclərdən ibarət yığmasında debüt edib. Eyni zamanda, o, matçın bütün 90 dəqiqəsini meydanda keçirib.
İstinadlar
Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar