Züleyxa Səfərova () – Azərbaycan tennisçisi. Azərbaycan milli komandasında çıxış edir.

Karyerası Züleyxa Səfərova 27 noyabr 1999-cu ildə doğulmuşdur. 2014-cü ildə Bakı Tennis Akademiyasında tennis üzrə yeniyetmələr arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 16 yaşlıların mübarizəsində iştirak etmişdir. 2014-cü ildə keçirilmiş Bakı Kuboku turnirində çıxış etmiş, turnirin ən gənc debütantlarından biri olmuşdur. Lakin Belarus təmsilçisi Aleksandra Sasnoviçə məğlub olaraq mübarizəni erkən dayandırmışdır.

Səfərova 2015-ci ildə keçirilmiş Bakı Kubokunda Ukrayna tennisçisi Oleksandra Koraşvili ilə qarşılaşmada 0–2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdır. Cütlüklərin yarışında isə Əminə Dik ilə birlikdə Polina Monova-Kseniya Lıkina cütlüyünə qarşı mübarizə aparmış, lakin 0–2 hesabı ilə məğlub olmuşdurlar.

O, 2018-ci ildə Bakıda keçirilmiş ikinci beynəlxalq həmrəylik tennis çempionatında qız cütlüklərin finalına çıxmış və Anjelika İsayeva ilə birlikdə qırğızıstanlı Kseniya Palkina-Sara Kunakunova duetinə qarşı oynamışdır. O, həmin turnirin fərdi yarışında mübarizəni erkən dayandırmışdır.

2021-ci ildə Litvanın Vilnüs şəhərində keçirilmiş Billi Cin Kral Kubokunda Azərbaycan millisinin tərkibində yarışmış və millinin ilk qələbəsinin əldə olunmasında iştirak etmişdir.

İstinadlar

Xarici keçidlər Qadınların Tennis Assosiasiyasının saytında

Kateqoriya:Azərbaycan tennisçiləri Kateqoriya:İslam Həmrəyliyi Oyunlarının Azərbaycan idmançıları