Koxt — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам. və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.
Coğrafiyası
Koxt havarı Arsak vilayətinin şimal ərazisini əhatə edirdi. Havar, qərbdə Arsak vilayətinin Parisos havarı, şimal-qərbdə Uti vilayətinin Girdman havarı, şimalda Utik vilayətinin Sakasena havarı ilə, şərqdə Uti vilayətinin Uti-Arancaq havarı ilə, cənub-şərqdə Arsak vilayətinin Mets-Kuank havarı, cənubdan isə Arsak vilayətinin Vaykunik havarı ilə sərhədlənirdi.
Murovdağın şimal yamaclarını əhatə edən Koxt havarı ərazisi Şəmkir çayı hövzəsi boyunca uzanaraq Şəmkir şəhərinə qədər çatır, qərbdə isə Tovuzçaya qədər davam edirdi.
Mənbələrdə qeyd edilən tarixi Getaşen (hazırda Göygöl rayonunun Çaykənd kəndinin ərazisi) və Koxt yaşayış məntəqələri bu havarın ərazisində yerləşirdi.
Havar ərazisindən Şəmkirçay və Gəncəçay axırdı.
İstinadlar
Kateqoriya:Arsak Kateqoriya:Qafqaz Albaniyasının vilayətləri Kateqoriya:Azərbaycanın tarixi vilayətləri Kateqoriya:Qafqaz tarixi Kateqoriya:Qafqaz Albaniyası