thumb|"Ulduzları müşahidə edən qadınlar". və ya doğum adı ilə – ənənəvi yapon üslubunda rəsmlər çəkmiş Yaponiya rəssamı.
Həyatı 1896-cı ildə Yaponiyanın Senday şəhərində doğulmuşdur. 1909-cu ildə Tokioya köçmüşdür. 13 yaşında Şico rəssamlıq məktəbinin rəssamı olan Qyokuşo Kavabatanın şagirdi olmuşdur. 1927-ci ildə nihonqa rəssamı Seyson Maedadan rəssamlıq dərsləri almağa başlamışdır.
Ota Çounun rəsmləri inten sərgilərində nümayiş olunmuşdur. 1930-cu ildə baş tutmuş 7-ci sərgi üçün çəkdiyi rəsmi uğur qazanmış və bu əsərə görə mükafata layiq görülmüşdür. İkinci Dünya müharibəsindən sonra isə Yaponiya İncəsənət Sərgisinin münsiflər heyətinə seçilmişdir. Yaponiya İncəsənət Akademiyasının üzvü və Tokio İncəsənət Universitetinin professoru olmuşdur.
Əsərləri Ota Çou nihonqa janrına əsərlər yaratmışdır. Tarixi fiqurları, dövrün adətlərini və praktikalarını təsvir etməsinə görə tanınır. 1936-cı ildə çəkdiyi əsəri onun ən məşhur əsəri hesab olunur. Onun bu əsəri 1990-cı ildə Yaponiyada buraxılmış bir poçt markasında təsvir olunmuşdur. Onun ikinci ən məşhur əsəri isə 1934-cü ildə çəkdiyi əsəridir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Nihonqa rəssamları