Deva Kassel (; ) — Fransa-İtaliya modeli, media şəxsiyyəti və aktrisası. "Cartier" və "Dior" şirkətlərinin səfiridir.
İlk illəri Deva Kassel Monika Beluççi və Vensan Kasselin qızıdır. Kassel 12 sentyabr 2004-cü ildə Romada doğuldu, lakin Paris və Rio-de-Janeyro şəhərlərində böyüdü. Səlis şəkildə fransız və italyan dillərinində danışa bilən Kasselin Leonie adında balaca bacısı var. Kassel 5 dildə danışa bilir.
Karyera
Model Cassel modellik debütünü 2021-ci ildə "Dolce & Gabbana"da etmişdir. Həmçinin 2021-ci ildə anası Monika Belluççi ilə birlikdə "Vogue Italia" jurnalının iyul ayı buraxılışının üz qabığında yer aldı. 2020-ci ildə "Dolce & Gabbana"nın qoxu kampaniyasında, 2022-ci ildə isə gözəllik kampaniyasında yer almışdır. 2023-cü ildə "Dolce & Gabbana"nın qoxu əlavəsində və gözəllik kampaniyasında rol almışdır. 2024-cü ildə isə "Dior Beauty" görünüş kampaniyasında rol aldı.
Aktrisa Kassel aktrisalıq debütünü müstəqil film "Gözəl yay"da () etmişdir və "Netflix" serialı "Leopard"da () yer alacaq.
İstinadlar
Kateqoriya:İtaliya aktrisaları Kateqoriya:Roma şəxsləri Kateqoriya:İtaliya modelləri