Hitler Saavedra Kasternok (; ) — Peru cərrahı və siyasətçisi. O, 2021–2026-cı illər parlament dövrü üçün Loretonu təmsil edən respublika konqresmenidir.
Həyatı Hitler Saavedra Kasternok 9 fevral 1978-ci ildə Perunun Alto-Amazonas vilayətinin Loreto departamentində yerləşən Yurimakasda anadan olmuşdur.
Kasternok 2015-ci ilə qədər Peru Amazonu Milli Universitetində təhsil almışdır və cərrah ixtisasını bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. O, daha sonra 2017–2020-ci illər arasında Loreto Regional Sağlamlıq Müdirliyində cərrah kimi çalışmışdır.
Kasternok 2021-ci il parlament seçkilərində 2021–2026-cı il parlament dövrü üçün "Biz Peruyuq" partiyasının üzvü kimi 7,654 səslə respublikanın konqresmeni seçilmişdir.
O, 2021–2022-ci illər arasında Səhiyyə və Əhali Komissiyasının prezidenti vəzifəsində çalışmışdır. Hal-hazırda Konqresdəki "Biz Peruyuq" kokusunun sözçüsüdür və eyni zamanda partiyasının İdarə Heyətinin üçüncü vitse-prezidenti olmağa namizəd olmuşdur, lakin sonradan namizədliyini geri çəkmişdir.
İstinadlar
Kateqoriya:Peru siyasətçiləri