Kerstin-Mariya Aronsson (; qızlıq soyadı: Leydstrand, əvvəllər Stalin; ) — İsveç siyasətçisi və milli qanunverici orqan olan Riksdaqın keçmiş üzvü. Yaşıl Partiyanın üzvü olmuşdur. O, 1998-ci ilin oktyabrından 2004-cü ilin noyabrına qədər Dalarna dairəsini təmsil etmişdir.

Kerstin-Mariya Leydstrand 1961-ci ildə Benqt Stalinlə evlənmişdir. Benqt Stalin 1981-ci ildə vəfat etmiş, lakin Kerstin-Maria Stalin soyadını saxlamışdır. Bu ad sovet diktatoru İosif Stalinlə əlaqəsi səbəbindən onun üçün problemlər yaratmışdı. 2008-ci ildə Hans Aronssonla evlənmişdir və 2009-cu ilin oktyabrında soyadını Aronsson olaraq dəyişdirmişdir.

İstinadlar

Kateqoriya:İsveç siyasətçiləri