thumb|Yunan alovu. Yunan alovu (Yunan odu, Bizans alovu, Bizans odu, Roma odu, Roma alovu, Qrejua, Qrejua alovu, Qrejua odu, Rum alovu, Rum odu, Vəhşi od, Vəhşi alov, Maye alov, Maye od) — isti kömür, kükürd və qır qarışığından hazırlanmış olan bu silahdan ilk dəfə Peloponnes müharibəsi zamanı istifadə edilmişdir.
Sonralar eramızın 660-cı illərində yunan odu qır, qatran, kükürd, naftalin, əhəng və kalium nitrat ilə zənginləşdirilmişdir. Ona su əlavə olunduqca alovu artırdı. Eramızın VII əsrində onun effektiv təsirini inkişaf etdirmək və artırmaq işi Suriyalı bir mühacir olan Heliopollu Kallinik tərəfindən həyata keçirilmişdir.
Birinci dəfə istifadə edilməsi
Farslar Yunanıstanı işğal edərkən baş tutmuş olan dəniz döyüşü zamanı ilk dəfə istifadə edilmişdir. Öz dövrünün güclü ordularından biri hesab edilən fars ordusu gəmilərinin yanmasının qarşısını ala bilməmişdir.
Həm quruda, həm də suda asanlıqla yanmaq qabiliyyəti var. Onun üstünə su töküldükdə sönmür, əksinə, alovu artır. Dəniz müharibələrində gəmilərin keçməsinin qarşısını almaq məqsədi ilə onlardan istifadə olunmuşdur. Bu yanğına məruz qalan bütün insanlar ölümə məhkumdurlar, çünki bu alovu söndürmək mümkün deyildir.
Ədəbiyyat siyahısı
Karatolios K., Greek Fire and its contribution to Byzantine might, translated by Leonard G. Meachim (Mytilene 2013)
Spears, W.H. Jr. (1969). Greek Fire: The Fabulous Secret Weapon That Saved Europe.
Thucydides, History of the Peloponnesian War, translated by Rex Warner; with an introduction and notes by M.I. Finley (London 1972)
"The Rise of Gawain, Nephew of Arthur (De ortu Waluuanii)," ed. Mildred Leake Day, in Wilhelm, James J. (1994). The Romance of Arthur. New York: Garland. pp. 369–397.
Xarici keçidlər
Yunan alovu – Dünya Tarix Ensiklopediyası
Kateqoriya:Silahlar Kateqoriya:Əlifba sırasına görə silahlar Kateqoriya:Odsaçanlar Kateqoriya:Yunan ixtiraları Kateqoriya:Kimyəvi maddələr Kateqoriya:Bizansda elm