Qalxanabənzər vəzin xərçəngi — Qalxanabənzər vəzin xərçəngi ABŞ-də bütün kanserlərin 1%-ni təşkil edir, illik rast gəlmə tezliyi 1 milyonda 40 nəfərdir. Hər il 1 milyon nəfərdən 6-sı Qalxanabənzər xərçəngindən vəfat edir. Qalxanabənzər xərçənginin 90–95%-i folikulyar hüceyrələrdən inkişaf edən yüksək differensasiyalı şışlərdir. Bu qrupa papilyar, folikulyar və Hürthle hüceyrəli xərçəng daxildir. Medulyar xərçəng tiroid kanserlərinin 6%-ni (bunların 20–30%-i ailəvi MEN tip 2a və 2b xəstələridir). Anaplastik xərçəng aqressiv bəd xassəlidir və 1 % təşkil edir. Belə xəstələrə ən çox yod çatmazlığı olan bölgələrdə rast gəlinir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qalxanabənzər vəzi xəstəlikləri Kateqoriya:Qalxanabənzər vəzin xərçəngi Kateqoriya:Endokrin xəstəlikləri Kateqoriya:Karsinomalar