Pavel Makov (; ) — qrafik ve ofort texnikləri sahələri üzrə çalışan ukraynalı rəssam. Böyük Britaniya Təsviri və Qrafikaçılar Kral Cəmiyyətinin (1994), Ukrayna Rəssamlar İttifaqının (1998) və Ukrayna Rəssamlıq Akademiyasının (müxbir) üzvü (2006). Yeni Ukrayna dalğasının nümayəndəsi, rəssam-multiplikator. Ukraynanın Taras Şevçenko adına Milli Mükafatı laureatıdır (2018). Həyatı 28 avqust 1958-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. 1974-1979-ci illərdə Krım Rəssamlıq Məktəbində oxumuş, İli Repin adına Sankt-Peterburq Rəssamlıq İnstitutunda azad dinləyici (Leninqrad, 1977-1978) olmuş, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının qrafika fakültəsini bitirmişdir (1979-1984). Ukrayna Rəssamlar İttifaqının üzvüdür. Hazırda Xarkovda yaşayır.

“ART UKRAINE” jurnalının tərtib etdiyi 2011-ci il müasir Ukrayna incəsənətinin TOP 100 ən nüfuzlu şəxsiyyətləri siyahısında 49-cu yerdə göstərilmişdir.

Focus jurnalı tərəfindən tərtib edilən müasir Ukrayna incəsənətinin 50 ən nüfuzlu adamı reytinqində 6-cı yerdə göstərilib. Yaradıcılığı Qrafik dövrələrin qurucusu - "Utopiya", "Günlərin kitabı", "Hədəf", "Bağlar".

O, yüzdən çox xarici sərgi və otuzdan çox fərdi sərgi keçirmişdirПавел Маков. İstinadlar

Kateqoriya:Ukrayna rəssamları