Əl-Salam məscidi və ya Ərəb Mədəniyyət Mərkəzi () — məscid Ukraynanın Odessa şəhərində yerləşir. Mədəniyyət mərkəzi və məscid 2001-ci ilin iyununda istifadəyə verilib. Şəhərin baş memarı Boris Brovin, şəhər mədəni irs abidələrinin mühafizəsi şöbəsinin müdiri Vladimir Meşçeryakov, Odessa Dövlət İnşaat və Memarlıq Akademiyasının dekanı Valeri Urenevin sözlərinə görə, Ərəb Mədəniyyət Mərkəzi son dövrlərin ən uğurlu memarlıq əsəridir.

Tarixi Odessa müsəlmanlarının qədim ənənələri var. Odessa şəhəri Hacıbəy adlı qədim tatar yaşayış məntəqəsinin yerində salınıb. Yaşayış məntəqəsi 1240-cı ildə Krım xanı I Hacı Gəray tərəfindən salınmış və ilk olaraq Hacıbəy kimi onun şərəfinə adlandırılmışdır.

Məşhur memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş tatar məscidi şəhərin mərkəzində müsəlman qəbiristanlığı yaxınlığında yerləşirdi. Sovet hakimiyyətinin gəlişi ilə Odessa müsəlmanlarının həyatı kəskin şəkildə dəyişir. Tatar mollası Sabirzyan Səfərov güllələnir; məscid bağlanır və sonra dağıdılır. Müsəlman qəbiristanlığı isə yerlə bir edilir.

Ərəb Mədəniyyət Mərkəzi suriyalı iş adamı Kivan Adnanın vəsaiti hesabına inşa edilib. Mərkəzdə yaşından və milliyyətindən asılı olmayaraq hər kəsə ərəb dilini öyrətmək üçün pulsuz məktəb və kitabxana fəaliyyət göstərir.

Həmçinin bax Ər-Rəhma məscidi

İstinadlar

Mənbə

Арабский культурный центр Аднан Киван о центре Архитекторы о центре Религия в Украине Kateqoriya:Ukrayna məscidləri Kateqoriya:XXI əsr məscidləri Kateqoriya:2000-ci ildə tamamlanmış məscidlər Kateqoriya:İslam