Heydər İlham oğlu Əliyev () — dördüncü Azərbaycan prezidenti İlham Əliyevin və həyat yoldaşı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ən kiçik övladı və yeganə oğlu.
Həyatı 3 avqust 1997-ci ildə doğulub. İlham Əliyev və Mehriban Əliyevanın ən kiçik övladı və yeganə oğludur. O, həmin dövrdə Azərbaycanın 3-cü prezidenti olan babası Heydər Əliyevin adını daşıyır. Leyla və Arzu adında iki böyük bacısı var.
O, Heydər Əliyev adına Müasir Təhsil Kompleksini qızıl medalla bitirib. 2017-ci ildə ADA Universitetindən bakalavr dərəcəsi ilə məzun olub. 2018–2019-cu illərdə hərbi xidmətdə olub.
Şəxsi həyatı 26 noyabr 2022-ci ildə Mehriban Əliyeva "Instagram" hesabında oğlu Heydərin evləndiyi barədə paylaşım edib.
2010-cu ildə “The Dallas Morning News” qəzeti Əliyevin 2009-cu ildən etibarən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Cumeyra palması adasında dəniz kənarında yerləşən 9 malikanəyə sahib olduğunu iddia etmişdir.
Onun 2 oğlu var.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əliyevlər Kateqoriya:Prezidentlərin övladları