Panchiko — İngiltərənin Nottinqem şəhərində qurulmuş indi-rok qrupu. Təxmini olaraq 1997 və ya 1998-ci ildə vokalçı və gitaraçı Oeyn Devis, gitara və klaviaturaçı Endrü "Endi" Rayt, basçı Şon Ferredey və Con adlı təbilçi tərəfindən yaradılmışdır. Panchiko 2020-ci ildə yenidən fəaliyyətə başladıqdan bir il sonra qrupa iki yeni üzv qoşulmuşdur: gitaraçı Rob Harris və keçmiş təbilçini əvəz edən Con Şofild.
Qrup 2016-cı ildə Nottinqemdə hansısa 4chan istifadəçisinin xeyriyyə mağazasından qrupun 2000-ci ildə çıxan "D>E>A>T>H>M>E>T>A>L" adlı demo minialbomunu tapıb internetdə paylaşması ilə məşhurlaşıb.
Diskoqrafiya Ginkgo (2025)
İstinadlar
Kateqoriya:1997-ci ildə yaranan musiqi qrupları