Nevroz Uysal Aslan () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Nevroz Uysal Aslan 1991-ci ildə Şırnak ilində anadan olub. 2014-cü ildə İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub.

Hüquqşünas olaraq Diyarbəkir Vəkillər Kollegiyasında çalışıb. Azadlıq Uğrunda Hüquqşünaslar Dərnəyinin İstanbul şöbəsinin İdarə Heyətinin üzvü olub. Beynəlxalq platformalarda həbsxanalarda təcrid, qadın hüquqları, insan hüquqları və qarşıdurma mövzusunda məruzələrlə çıxış edib.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şırnak ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının Katibi vəzifəsində təmsil olunub.

İngiliscə bilir. Evli və 1 uşaq anasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları