Zülküf Uçar () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Zülküf Uçar 1982-ci ildə Van ilində anadan olub. 2006-cı ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub.
Hüquqşünas olaraq 2007-ci ildən Van Vəkillər Kollegiyasında çalışıb. Van Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü olub. 2018-2022-ci illərdə isə Van Vəkillər Kollegiyasının prezidenti vəzifəsində təmsil olunub.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ədalət Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Evlidir.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları