Altınbaş Universiteti – 2008-ci ildə İstanbul şəhərində fəaliyyətə başlamış özəl ali təhsil müəssisəsi. Əvvəlcə Kəmərburqaz Universiteti adı ilə fəaliyyət göstərən universitetin adı 1 iyul 2017-ci ildə dəyişdirilərək, Altınbaş Universiteti olmuşdur.
Maddi-texniki baza thumb|317x317px|Altınbaş Universiteti Qayrettəpə Korpusu Altınbaş Universitetinin İstanbul şəhərində üç fərqli bölgədə kampusu, bir yataqxanası və bir Medikal Park ilə anlaşmalı xəstəxanası var. Universitetin idarəetməsinin də yerləşdiyi texnologiya korpusu Mahmutbəydə, səhiyyə elmləri korpusu Bakırköydə, sosial elmlər korpusu isə Qayrettəpədə yerləşir.
Altınbaş Universitetinin yataqxanası 400-dən çox tələbəyə ev sahibliyi etmə potensialına sahibdir və Mahmutbey korpusunun yaxınlığında yerləşir.
Fakültələr və ixtisaslar Altınbaş Universitetində 9 fakültə, 1 institut, 1 xarici dillər məktəbi və 1 tibbi elmlər kolleci mövcuddur.
Mahmutbəy korpusunda aşağıdakı Mühəndislik və Memarlıq Fakültəsi, Xarici Dillər Məktəbi fəaliyyət göstərir. Qayrettəpə korpusunda isə Biznesin İdarəedilməsi, Hüquq, İqtisadi, İdarəetmə və Sosial Elmlər, Tətbiqi Elmlər, İncəsənət və Dizayn fakültələri yerləşir. Son olaraq, Bakırköy korpusunda isə Tibb, Diş Həkimliyi və Əczacılıq fakültələri ilə yanaşı tibbi elmlər kolleci fəaliyyət göstərir.
Türkiyənin Beynəlxalq Universiteti Dünyanın 98 fərqli ölkəsindən 6000-dən çox beynəlxalq tələbənin təhsil aldığı universitet Türkiyənin ən beynəlxalqlaşmış universitetlər arasında yer almaqdadır. Bununla yanaşı, 230-dan çox universitet ilə qarşılıqlı anlaşması olan Altınbaş Universitetin tələbələri təhsil alma, işçiləri isə xüsusi təcrübə proqramından keçmə şansı əldə edirlər. Türk təhsil sistemində ilk Hüquq fakültəsi ikili diplom proyektinə imza atan Altınbaş Universiteti tarixə keçmişdir. Belə ki, Hüquq Fakültəsinin Türk-Alman Hüququ ixtisasında təhsil alan tələbələr təhsillərinin ilk iki ilini Köln Universitetində, geri qalan iki ilini Altınbaş Universitetində tamamlayaraq, hər iki universitetin diplomunu əldə edə bilirlər.
Fəxri doktorları Altınbaş Universitetinin fəxri doktorlarının siyahısı aşağıdakı kimidir:
Günter Ferhoygen — Avropa İttifaqının Genişlənmə üzrə keçmiş komissiya üzvü Dr. Dərviş Əroğlu — Şimali Kipr Türk Respublikasının Keçmiş Prezidenti Mulatu Teşome — Efiopiya Federativ Demokratik Respublikasının keçmiş prezidenti Prof. Dr. Haynz-Peter Manzel — Türk-Alman Hüquqşünaslar Dərnəyinin idarə heyətinin üzvü Ərsin Tatar — Şimali Kipr Türk Respublikasının Prezidenti Prof. Dr. İbrahim Qalın — Türkiyə Milli Kəşfiyyat Təşkilatının sədri Prof. Dr. Numan Qurtulmuş - Türkiyə Böyük Millət Məclisinin 30-cu dönəm spikeri
Universitetin Azərbaycanla münasibətləri 24 noyabr 2023-cü ildə Altınbaş Universiteti Azərbaycan Respublikasının İstanbul Başkonsulluğu ilə birgə "Qərbi Zəngəzur Gerçəkliyi — Tarixi Həqiqətlər" adlı elmi konfransa ev sahibliyi etmişdir. Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Əziz Ələkbərli və Hikmət Babaoğlu iştirak ediblər. thumb|277x277px|Altınbaş Universiteti "Şərqi Zəngəzur Gerçəkliyi — Tarixi Həqiqətlər" Münasibətlərin genişlənməsi məqsədilə universitet Azərbaycan vətəndaşlarına əlavə təqaüd proqramları təklif etməkdədir.
Xarici keçidlər Kateqoriya:2008-ci ildə Türkiyədə yarananlar Kateqoriya:İstanbul universitetləri Kateqoriya:Şişli