Hermès International S.A. ( , ) 1837-ci ildə əsası qoyulmuş Fransız lüks dizayn evidir. Dəri məmulatları, həyat tərzi aksesuarları, ev əşyaları, parfümeriya, zərgərlik, saatlar və hazır geyimlər üzrə ixtisaslaşmışdır. 1950-ci illərdən bəri onun loqosu hersoq arabasının təsviri olmuşdur.

Tarix

19-cu əsrin başlanğıcı

Thierry Hermes, Almaniyanın Krefeld şəhərində fransız ata və alman ananın övladı olaraq dünyaya gəldi. Ailə 1828-ci ildə Fransaya köçdü. Hermes ilk dəfə 1837-ci ildə Parisin Grands Boulevards məhəlləsində Avropa əsilzadələrinə xidmət etməyə yönəlmiş qoşqu emalatxanası qurdu.

İstinadlar

Kateqoriya:Lüks brendlər Kateqoriya:Fransız dilində sözlər və ifadələr Kateqoriya:Baş qərargahı Parisdə yerləşən şirkətlər Kateqoriya:Fransa brendləri