2-ci Ordu Korpusu () — Ermənistan ordusunun Geğarkunik vilayətinin Çaxırlı məntəqəsində yerləşən regional hərbi birləşməsi. 2-ci Ordu Korpusu Birinci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir.

Tarixi Birinci Qarabağ müharibəsində Ağdam döyüşü zamanı digər əlavə qüvvələrlə yanaşı, 2-ci Ordu Korpusu da şəhərin ələ keçirilməsində iştirak etmişdir. 29 sentyabr 2015-ci ildə korpusu Ermənistanın müdafiə naziri Seyran Ohanyan ziyarət etmişdir.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan KİV-ləri məlumat yaymışdılar ki, korpusun şəxsi heyəti xeyli canlı qüvvə və texnika itkisi səbəbindən Kəlbəcərdən geri çəkilməyə məcbur olmuşdur.

19 yanvar 2023-cü ildə Ağkilsə kəndində hərbi kazarmada baş vermiş yanğın nəticəsində korpusun 15 hərbçisi həlak olmuş, 7-si yaralanmışdır. Bu, Ermənistan Silahlı Qüvvələri tarixində ən ölümcül qeyri-döyüş hadisəsi idi və nəticədə komandir Vahram Qriqoryan istefaya göndərilmişdir.

Komandirlər General-mayor Seyran Saroyan (1993–???) General-mayor Ovik Oqanyan (–12 iyun 2013) General-mayor Poqos Poqosyan (12 iyun 2013 – 7 iyul 2016) Polkovnik David Manukyan (7 iyul 2016) General-mayor Arayik Arutyunyan (19 dekabr 2019 – 9 avqust 2021) General-mayor Vahram Qriqoryan (9 avqust 2021 – 19 yanvar 2023) General-mayor Qaregin Poqosyan (19 yanvar 2023-cü ildən)

İstinadlar

Kateqoriya:Ermənistan Silahlı Qüvvələri