Su Pavilyonu (fr. Pavillon de l'eau) — Paris şəhərinə aid su muzeyi. Muzey Parisdə suyun istehsalı və paylanmasına cavabdeh olan Eau de Paris bələdiyyə agentliyi tərəfindən idarə olunur.

Pavilyon şəhərin su təchizatının tarixinə həsr olunmuş daimi sərgi, müvəqqəti sərgilər, uşaq tədbirləri (maarifləndirici seminarlar, görüşlər, tamaşalar və s.) və tematik görüşlər təklif edir.

Su pavilyonu, yəni A fabriki və B fabriki və onun metal pilləkəni 30 yanvar 2020-ci ildən tarixi abidələr siyahısına daxil edilmişdir.

Tarixi thumb|left|1828-ci ildə buxar nasosu

İlk nasos 1828-ci ildə Auteuil və Passi bələdiyyələrini su ilə təmin etmək üçün Sena çayından Versala gedən qədim yolda buxar nasosu quraşdırıldı." Les eaux d’Auteuil, de Chaillot et de Passy " , histoire-auteuil-passy.org, consulté le 10 mai 2023..

Sena çayından yuxarı olan nasos, eyni adlı ərazini təmin etmək üçün nəzərdə tutulmuşdur. Lakin ətraf getdikcə şəhərləşdikcə onun köhnəlməsi, borularından çıxan tüstü gözə çarpır. Ona görə onun köçürülməsinə qərar verilmişdir.Denis Cosnard, " Les deux usines d'eau du lointain Auteuil " , lafabriquedeparis.blogspot.fr, 13 mai 2012..

Yeni nasosun tikintisi XIX-cu əsrin sonlarında paytaxtın qərbində yerləşən nasoslar artıq köhnəlmişdilər. Paris bələdiyyə şurası daha sonra Bulon meşəsi və küçələrə nəzərdə tutulmuş Sena çayından yeni Passi su anbarlarına su verə bilən yeni qaldırıcı qurğunun tikintisinə qərar verdi.

1899-cu ildə Paris Ticarət Palatasının üzvləri Şalo su nasosunun yerdəyişməsi ilə bağlı qanun qəbul edir.

Zavod Pakot şirkəti tərəfindən tikilib və ən son yeniliklərdən istifadə edir. 2 ayrı binadan ibarətdir: küçə tərəfində maşın otağı, estakada tərəfində isə qazanxana var. Çaydan su götürən nasosları işlədirlər. Daha sonra içilməyən su süzülür (filtrasiya) olur.

Bununla belə, bu yeni zavod çox kömür istehlak edir və yeni, daha səmərəli maşınların hazırlanmasına uyğunlaşmaq çətin olur.

Birinci Dünya müharibəsindən sonra yeni layihəyəyə start verildi. Bir neçə metr aralıda 1925-ci ildə qırmızı kərpicdən B zavodu tikilir.

Yenidənqurma və yeni təyinatları thumb|right|Daimi sərgi

1955-ci ildə A zavodu istismardan çıxarıldı və 2007-ci ildə Su Pavilyonu kimi istifadəyə verildi.

B zavoduna gəlincə, o, 1952-ci ildə kömürü elektrik enerjisi ilə əvəz edərək modernləşdirilib. O, hələ də fəaliyyətdədir: onun çəkdiyi su Bulon meşələrindəki gölləri doldurmaq, yaşıllıqları sulamaq və küçələri təmizləmək üçün istifadə olunur.Arrêté portant inscription au titre des Monuments historiques de l'usine des eaux d'Auteuil située 75–93 avenue de Versailles et 74 quai Louis Blériot à Paris XVI , p. 24..

Müvəqqəti sərgilər qalereyası

İstinadlar

Xarici keçidlər Pavillon de l'eau Eau de Paris official website Paris official website

Kateqoriya:Paris muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər