thumb|Eyfel qülləsindən Tokio Sarayının görünüşü. Şərq qanadı sağdadır. thumb|Tokio Sarayında sərgi.

Tokio Sarayı (fr. Palais de Tokyo ) — Parisin 16-cı bölgəsində, Trokadero meydanı ilə üzbəüz yerləşən müasir incəsənətə həsr olunmuş bina.

Binanın şərq qanadı Paris şəhərinə aiddir və burada Müasir İncəsənət muzeyi yerləşir. Qərb qanadı Fransa dövlətinə aiddir və 2002-ci ildən etibarən, müasir incəsənətin müvəqqəti sərgilərinə həsr olunmuş Fransanın ən böyük muzeyi olan Tokio Sarayına / Site de création contemporaine-ə ev sahibliyi edir.

Bina Sena çayından Nyu-York prospekti ilə ayrılır (əvvəllər Debilli və sonralar Tokio küçəsi (1918-ci ildən 1945-ci ilə qədər)). Binanın adı bu küçənin adından götürülmüşdür. Tarixi

Saray 1937-ci il Ümumdünya İncəsənət və Texnologiya Sərgisi zamanı 24 may 1937-ci ildə Prezident Albert Lebren tərəfindən açılmışdır.. Binanın əvvəlki adı Palais des Musées d'art moderne ("Müasir İncəsənət Muzeyləri Sarayı") idi.

O vaxtdan bəri binada bir çox təşkilatlar, layihələr və yaradıcılıq məkanları yerləşmişdir. Onların arasında:

İncəsənət və Gözəllik Muzeyi — (1977-1986) Milli Fotoqrafiya Mərkəzi — La Femi Sinema sarayı — (1986-cı il)

Hazırkı müasir incəsənət mərkəzi 2002-ci ilin martında "Site de création contemporaine" (Müasir Yaradıcılıq Mərkəzi) yeni adı ilə ictimaiyyət üçün açılıb və inkişaf etməkdə olan Fransa və beynəlxalq incəsənət səhnəsində ixtisaslaşmışdır. Bina 2012-ci ildə memarlar Anne Lacaton və Jan-Filipp Vassal tərəfindən təmir edilmiş və genişləndirilmişdir. Onlar daha sonra Pritzker mükafatını almışlar. Daimi kolleksiyası olmayan Tokio Sarayı "Avropanın kolleksiya olunmayan ən böyük müasir incəsənət muzeyi" hesab olunur.

Direktorları

2002-ci ilin martında Nikolas Bourriaud və Jérôm Sans Tokio Sarayının qərb qanadında müasir mərkəz açdılar. Onlar məhdud büdcə ilə sənət aləmində tanınmış bir təşkilat yaratdılar.

Tokio Sarayı o vaxtdan bəri aşağıdakılar tərəfindən idarə olunur:

2006–2012: Mark-Olivier Valere 2012–2018: Jan de Loizi 2021–2022: Emma LavigneGareth Harris (22 July 2019), Emma Lavigne lined up as new president of the Palais de Tokyo in Paris . 2022-indiyə qədər: Guillaume DesangesAlex Greenberger (10 January 2022), Palais de Tokyo to Return to Experimental Roots with New Leader . Pavilyonu

Pavilyonu 2001-ci ildə yaradılmışdır. Layihəyə dəvət olunmuş tələbə rəssamlar və kuratorlar üçün studiya və laboratoriya kimi nəzərdə tutulmuş bu pavilyon, yerli rəssamların gənclik işlərini nümayiş etdirmək üçün hazırlanmış eksperimental proqramdır.https://web.archive.org/web/20080304164151/http://www.palaisdetokyo.com/fo3/low/programme/index.php?page=..%2Fpavillon%2Fpavillon.htm Binanın açılışından bəri proqramın direktoru rəssam və rejissor Ange Lessia olub. "Palais /"

Muzey 2006-cı ildən Mark-Olivier Valere tərəfindən yaradılmış "Palais /" jurnalını nəşr etdirir. Jurnalın ildə 3 sayı nəşr olunur (yaz, yay və payız).

Jurnalda hər bir nəşr üçün seçilmiş mərkəzi bədii mövzu ətrafında məqalələr yer alır. Mövzular konseptualdır və fotoqrafiya, müxtəlif bədii media, esselər və tez-tez eksperimental mediadan istifadə etməklə tədqiq edilir. Jurnalda mövzu ümumiyyətlə muzeydə eyni vaxtda nümayiş etdirilən sərgi ilə üst-üstə düşür.

"Palais /" jurnalı ilə yanaşı, 2007-2011-ci illər arasında "Yodelinqdən kvant fizikasına" adlı müasir incəsənət ensiklopediyasının 5 cildi də nəşr olunub.

Xarici keçidlər

Palais de Tokyo at Google Arts & Culture

İstinadlar

Kateqoriya:Parisdəki incəsənət muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər