Kateqoriya:İngiltərə musiqi qrupları Kateqoriya:Triolar London Grammar – 2009-cu ildə Nottinqemdə yaranmış ingilis indi-pop qrupu. Hanna Reyd, Den Rotman və Dominik "Dot" Meycordan ibarətdir. Onların debüt minialbomu (EP) "Metal & Dust" 2013-cü ilin fevralında Metal & Dust Recordings tərəfindən yayımlanıb. Qrupun debüt studiya albomu (LP) olan "If You Wait" isə bir neçə ay sonra, sentyabrda işıq üzü görüb. Albom Böyük Britaniya Albomları Çartında 2-ci yerə yüksəlmiş və Britaniya Fonoqrafiya Sənayesi (BPI) tərəfindən İkili Platin sertifikatı almışdır. Qrupun ikinci studiya albomu "Truth Is a Beautiful Thing" 2017-ci ilin iyununda çıxıb və Böyük Britaniyanın Albomlar Çartında 1-ci pilləyə çatıb. Ən son albomları Californian Soil 16 aprel 2021-ci ildə işıq üzü görüb. Bu, Birləşmiş Krallıqda onların ikinci ardıcıl 1 nömrəli albomu oldu.
Üslubu London Grammar qrupunun musiqisi melanxolik gitara, yüksək tembrli vokal, depresiv sözlər və tez-tez trip-hop və rəqs təsirlərini nümayiş etdirən "mühit, efir və klassik səslərin qarışığı" kimi təsvir edilmişdir. Hanna Reydin güclü vokalı Cudi Tzuke və Florens Uelş ilə müqayisə edilir. Mahnıları yazanda qrupun hər üzvü öz töhvəsini verir, Reydin dediyi kimi: "Sözləri mən yazıram. Amma mahnıları hər üçümüz yazırıq. Dot fortepiano hissəsi və ya musiqi partiturasını yazacaq,, Dan bir neçə gitara əlavə edəcək." O, mahnıları "emosional təsirlənmiş" kimi təsvir edir və "həyatıma gələn və gedən insanlar haqqında" yazdığını dedi.
Diskoqrafiya Studiya albomları
İf You Wait (2013) Truth Is a Beautiful Thing (2017) Californian Soil (2021) The Greatest Love (2024)
İstinadlar
Kateqoriya:Columbia Records artistləri Kateqoriya:2009-cu ildə yaranan musiqi qrupları