Silsiləvarilik — (تسلسل) Lüğəvi baxımdan “tamın parçalarını silsiləvari şəkildə bir-birinə əlavə etmək, arası kəsilmədən ard-arda davam etmək” mənalarına gəlir.

Məzmunu Kəlam alimlərinin Allahın varlığını sübut etmək məqsədilə irəli sürdüyü “hüdus” və ya İslam filosoflarının istinad etdikləri “imkan” dəlilinə görə, hadis (əzəli olmayan, sonradan olan) və mümkün varlıqların meydana gəlməsi üçün qədim (əzəli) və vacib (zəruri) bir illətin (səbəbin) mövcudluğunu qəbul etmək lazımdır. Əks təqdirdə, təsəlsülün, yəni sonsuz səbəb-nəticə münasibətini qəbul etmək zərurəti yaranır. Bunun mümkün olmadığını qəbul edən İslam alimləri təsəlsül düşüncəsini tənqid etmişlər.

Həmçinin bax

TERMİNLƏR və LÜĞƏTLƏR (1) TERMİNLƏR və LÜĞƏTLƏR (2) TERMİNLƏR və LÜĞƏTLƏR (3) TERMİNLƏR və LÜĞƏTLƏR (4) TERMİNLƏR və LÜĞƏTLƏR (5) TERMİNLƏR və LÜĞƏTLƏR (6)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fəlsəfi mübahisələr Kateqoriya:Fəlsəfi anlayışlar