Müqəddimə (; "Giriş"), həmçinin İbn Xəldunun Müqəddiməsi () və ya və ya İbn Xəldunun Proleqomenası ( ) kimi də tanınır) — ərəb tarixçisi İbn Xəldun tərəfindən 1377-ci ildə yazılmış və ümumbəşəri tarixə baxışı təqdim edən kitab Bəzi müasir mütəfəkkirlər ona sosiologiya, demoqrafiya,H. Mowlana (2001). "Information in the Arab World", Cooperation South Journal 1. və mədəniyyət tarixi kimi ictimai elmlər üzrə yazılmış ilk əsər kimi baxırlar.Mohamad Abdalla (Summer 2007. "Ibn Khaldun on the Fate of Islamic Science after the 11th Century", Islam & Science 5 (1), p. 61-70. “Müqəddimə” həmçinin İslam ilahiyyatı, tarixşünaslıq, tarix fəlsəfəsi, iqtisadiyyat,Jean David C. Boulakia (1971), "Ibn Khaldun: A Fourteenth-Century Economist", The Journal of Political Economy 79 (5): 1105–1118. siyasi nəzəriyyə və ekologiya sferalarını da əhatə edir. O, həmçinin sosial darvinizmin, və darvinizmin carçısı və ya erkən nümayəndəsi kimi də qəbul edilir.

İbn Xəldun bu əsəri 1377-ci ildə özünün dünya tarixinə dair planlaşdırdığı əsəri olan Kitab əl-'İbarın ("Dərslər kitabı") müqəddiməsi və ilk kitabı olaraq yazmışdır. Lakin artıq onun sağlığında müstəqil əsər kimi qəbul edilmişdir.

Müqəddimə 6 bölmədən ibarətdir:Süngü 2009 , səhifə 8

İqlimlərin və qidalanmanın insan təbiəti və mədəniyyətlərə təsiri, Köçəri və oturaq mədəniyyətlərin müqayisə edilməsi və iki mədəniyyət arasındakı ziddiyətlərin sosial nəticələri, Dövlətlərin yaranması və çöküşü, səltənət, xilafət və krallıq etmənin şərtləri və qaydaları, Kənd və qəsəbə həyatı ilə abadlaşdırma fəaliyyətləri və bunun İslam dövləti ilə əlaqəsi, Dövrün əsas peşələri, dolanışıq vasitələri, sənət, ticarət, əkinçilik və inşaat kimi iqtisadi fəaliyyətlər. Elmlərin təsnifatı, təhsil metodları

İstinadlar Kateqoriya:1377-ci ildə yarananlar Kateqoriya:Ərəb dilində kitablar Kateqoriya:Sünni ədəbiyyatı Kateqoriya:İqtisadiyyata aid kitablar Kateqoriya:İslam mədəniyyəti Kateqoriya:İslam tarixi Kateqoriya:Fəlsəfə kitabları Kateqoriya:İqtisadi düşüncənin tarixi Kateqoriya:Tarixşünaslıq