Kamo Vardanyan () — general-mayor. Birinci Qarabağ müharibəsi iştirakçısı, Aprel döyüşləri iştirakçısı, Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri (2021), İkinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı Kamo Baxaturoviç Vardanyan 18 mart 1966-cı ildə Martuni rayonunun Noraşen kəndində anadan olub. Norşen kəndindəki orta məktəbdə oxuyub. 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Silahlı Qüvvələrin Akademiyasını bitirib. 2019-cu ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

1992-ci il fevralın 1-dən Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunda xidmət edir. 1992–2012-ci illərdə ordunun müxtəlif hərbi hissələrində taqım komandiri, taqım komandirinin müavini, tabor komandirinin müavini — qərargah rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, komandir müavini kimi vəzifələrdə çalışıb. 2007–2012-ci illərdə orduda alpinistlər birliyinin komandiri idi.

2012-ci il noyabrın 12-də Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu Baş Qərargah rəisinin birinci müavini təyin edilib. 6 may 2011-ci ildə ona general-mayor hərbi rütbəsi verilib.

11 sentyabr 2021-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri təyin olunub.

1992–1994, 2016 və 2020-ci illərdə hərbi əməliyyatlarda iştirak edib.

Ailəlidir, iki qızı, bir oğlu var.

Təltifləri Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun 2-ci dərəcəli "Döyüş Xaçı" ordeni, Ermənistan Respublikasının "İgidliyə görə" medalı, Ermənistan Respublikasının "Vardan Mamikonyan" ordeni ilə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Aprel döyüşləri iştirakçıları Kateqoriya:Ermənistan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları