Yemilian Nestoroviç Bukov (, ; ) — SSRİ-Moldava şairi.

Həyatı Yemilian Nestoroviç Bukov 8 avqust 1909-cu ildə Rusiya imperiyasının Bessarabiya quberniyasında yerləşən Yeni Kiliya şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1931–1936-cı illərdə Buxarest Universitetində təhsil almış, mütərəqqi Rumıniya jurnalları ilə əməkdaşlıq etmişdir. Bukov "Zəhmət qaynayır" (1932), "Günəşin sözü" (1937), "Çin", "Səni görürəm, Moldaviya" (1942), "Dnestrdə bahar" (1944), "Bu gün, sabah" (1967), "Həyat ağacı" (1974) kitablarının müəllifidir. Bukovun "Ölkəm" (1947) poeması, "Reut şəhəri" (1956) mənzum roman, "Dunay - narahat sular" (1956; 1957 ildə "Dalğalanan Dunay" adı ilə tamaşaya qoyulmuşdur) pyesi, "Magistral" (1969) romanı və s. əsərləri var. O, Azərbaycan haqqında şeirlər yazmışdır. "Səməd" poeması Səməd Vurğuna həsr edilmişdir.

İstinadlar

Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Moldova yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:SSRİ şairləri Kateqoriya:Moldova şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin II çağırış deputatları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları