Süleyman Bustani ( / ALA-LC: Sulaymān al-Bustānī, ; ) — Osmanlı ərəblərindən olan ədəbiyyatçı, jurnalist, siyasi xadim.
Həyatı Süleyman Bustani 22 may 1856-cı ildə indiki Livanda anadan olmuşdur. O, Butrus Bustaninin nəvəsidir. Bustani Beyrutda Milli məktəbin məzunu olmuşdur. O, 1904-cü ildə Homerin "İliada"sını ərəb dilinə tərcümə etmişdir. Müəllifin klassik ərəb poeziyasının "İliada" ilə müqayisəsi zamanı meydana gələn şərhləri və tədqiqatları da bu nəşrdə verilmişdir. Bustani "Dairət ül-maarif"in nəşrini tamamlamışdır.
İstinadlar
Əlavə ədəbiyyat Brockelmann С. Geschichte der arabischen Literatur. — Bd 2. — Leipzig, 1949. Крачковский И. Ю. Избр. соч. — Т. III. — М.—Л., 1956.
Kateqoriya:Livan yazıçıları Kateqoriya:Livan maruniləri Kateqoriya:Bustanilər Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:Osmanlı tarixçiləri