Viktor Osimhen () — Türkiyənin "Qalatasaray" klubunda, o cümlədən Nigeriya milli komandasında hücumçu kimi çıxış edən nigeriyalı futbolçu.
Karyerası Nigeriyada anadan olan Osimhen peşəkar karyerasına 2017-ci ildə Almaniyanın "VfL Volfsburq" klubunda başlayıb. Klubda bir yarım mövsüm keçirdikdən sonra o, 2018–19-cu illərdə icarə əsasında Belçikanın "Şarlerua" komandasına keçir.
2019-cu ildə Fransanın "Lill" komandasına keçir.
2020-ci ildə Osimhen İtaliyanın "Napoli" klubuna rekord məbləğə, 70 milyon avroya transfer olur. 2021–22 mövsümündə A Seriyasının Ən Yaxşı Gənc Oyunçusu mükafatını qazanır.
Osimhen Nigeriyanın qazandığı 2015-ci ildə keçirilmiş "FIFA U-17 Dünya Kuboku"nda Qızıl buts mükafatını qazanır. O, 2017-ci ilin iyununda Nigeriya millisində debüt edir və 2019 Afrika Millətlər Kubokunda iştirak edib. 2022-2023 mövsümündə "Napoli" klubunun 33 ildən sonra ilk İtaliya çempionluğunda əsas memarlarından biri olur. Həmin mövsüm Seriya A-da 26 qola imza ataraq çempionatın ən çox qol vuran oyunçusu olur. Osimhen həmin mövsümün "Ən Yaxşı Hücumçu" və "Ən Yaxşı Oyunçu" adlarına layiq görülür. Bundan əlavə o, Nigeriyanın Afrika Millətlər Kubokunda final oynayan heyətin də parçası idi. Nəticədə Osimhen 2023-cü ildə Afrika Qitəsinin "Ən Yaxşı Oyunçu"su seçildi.
Qalatasaraya icarə Sentyabrın 3-də Türkiyənin Super Liqa klubu "Qalatasaray" Osimhenin 2024-25 mövsümünün sonuna qədər icarəyə götürülməsi ilə bağlı danışıqlara başlayıb. Klub ertəsi gün Osimhen ilə icarə müqaviləsinin imzalandığını elan edib.
Karyera statistikası
Klub
+Klub, mövsüm və yarışlara görə oyun və qol sayıKlubMövsümLiqaÖlkə kubokuLiqa kubokuAvropaDigərToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQol"VfL Volfsburq"2016–17Bundesliqa2000——10302017–1812010———130Toplam14010——10160"Şarlerua" (icarə)2018–19Belçika Pro Liqası251221——973620"Lill"2019–20Liqa 12713313252—3818"Napoli"2020–21A Seriyası241030—300030102021–22271400—54—32182022–23322610—65—39312023-24251510623217Toplam1086550—20110013376Qalatasaray (icarə)2024-25Super Liqa9700—43—00Karyerasında toplam18397112322916107236124
Milli komanda
+Milli KomandaİlOyunQolNigeriya201720201810201974202011202185202245202355202492Toplam3722
İstinadlar https://oxu.az/idman/viktor-osimhen-qalatasaray-la-imza-ucun-istanbula-yola-dusdu Xarici keçidlər
Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Nigeriya futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Lill FK futbolçuları Kateqoriya:Napoli FK futbolçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Belçikada legioner futbolçular Kateqoriya:Fransada legioner futbolçular Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Volfsburq FK futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:2025 Afrika Millətlər Kuboku futbolçuları Kateqoriya:2023 Afrika Millətlər Kuboku futbolçuları