Tit Flavi Klement (; ) — Qədim Roma dövlət xadimi, 95-ci ildə konsul. O, Flavilər sülaləsindəndir. Roma katolisizmində və bir sıra pravoslav kilsələrində müqəddəs kimi şöhrət qazanmışdır.
Həyatı Klement Tit Flavi Sabinin oğlu idi. Sabin 72-ci ildə konsul-suffekt idi. Klementin qardaşı Tit Flavi Sabin 82-ci konsul olmuşdur və həyat yoldaşı Yuliya Flaviya idi. Atası 69 dekabrda Vitelli dövründə öldürülmüşdür. O, imperator Vespasianın qardaşının nəvəsi, imperator Tit və Domisianın qohumu idi.Светоний. Жизнь двенадцати цезарей. Vita Domitiani, XV, 1
Dion Kassinin sözlərinə görə, Klement "tanrısızlıq"da ittiham olunmuşdur.Дион Кассий. Римская история. LXVII, 14. Onun həyat yoldaşı Flaviya Domisilla Pandateriya adasına sürgün edilmişdir.Филострат. Жизнь Аполлония Тианского. VIII, 15.Евсевий. Церковная история. III, 14.Иероним Стридонский. Epistulae. 27 Yevsevi yazmışdır ki, Domisilla xristian olduğu üçün sürgün edilmişdir. Bununla belə, Dion Kassinin hesabında o, yalnız başqaları ilə birlikdə yəhudiliyə simpatiyada günahkar bilinmişdir. Svetoni sürgündən ümumiyyətlə bəhs etmir. Pal Keresteş ehtimal etmişdir ki, onlar iudaizmi qəbul etmiş və iudaizmə etiqad edən bütün şəxslərə tətbiq edilən "Fiscus Judaicus" vergisini ödəməkdən yayınmağa cəhd etmişdilər.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Flavilər sülaləsi Kateqoriya:Roma imperiyasının konsulları Kateqoriya:İtaliya müqəddəsləri Kateqoriya:I əsr xristian müqəddəsləri