Azərbaycan SSR əməkdar konstruktoru () — Azərbaycan SSR-də texnika və texnologiyanın tətbiqi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad.
Tarixi və əsasnaməsi "Azərbaycan SSR əməkdar konstruktoru" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 sentyabr 1985-ci il tarixli Fərmanı ilə təsis edilmişdir.
Fəxri ad ilə texniki-iqtisadi göstəricilərinə görə yüksək dünya səviyyəsinə cavab verən, prinsipcə yeni və səmərəli texnika və texnologiyanın yaradılmasına və tətbiq edilməsində görkəmli xidmətlərə görə konstruktor təşkilatlarının, elmi-tədqiqat idarələrinin, istehsal və elm-istehsal birliklərinin və müəssisələrinin işçiləri təltif edilirdilər.
"Azərbaycan SSR əməkdar konstruktoru" fəxri adı tabeliyində konstruktor təşkilatları, elmi-tədqiqat idarələri, istehsal və elm-istehsal birlikləri və müəssisələri olan Azərbaycan SSR Elmlər Akademiyasının, Azərbaycan SSR nazirliklərinin, dövlət komitələrinin və baş idarələrinin, habelə ittifaq tabeliyində olan təşkilatların, müəssisələrin və birliklərin təqdimatına əsasən verilirdi.
İstinadlar
Həmçinin bax Azərbaycan SSR əməkdar texnoloqu Azərbaycan SSR əməkdar mühəndisi Azərbaycanın fəxri adları
Kateqoriya:Azərbaycan SSR fəxri adları