Nikosiya Beynəlxalq Hava Limanı — uzun müddət Kiprdəki türklər və yunanlar tərəfindən istifadə edilib. Adada EOKA üzvlərinin üsyanları başlayanda, Türk Silahlı Qüvvələrinin 1974-cü ildə Kipr əməliyyatına başlamasından sonra razılaşmalara əsasən, Yaşıl xətt adlı bufer zonada qaldı. 47 ildir ki, istifadə olunmadığı üçün onu "kabus hava limanı" adlandırırlar. Bugünkü gündə, Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındadır və BMT Sülhməramlıları tərəfindən qərargah kimi istifadə olunur.
Tarixi Hava limanının tikintisi 1939-cu ildə başa çatdırılmışdır. İlk dəfə Kral Hərbi Hava Qüvvələri tərəfindən uzun müddət istifadə edilmişdir. Hal-hazırda rəsmi olaraq Britaniya Müdafiə Nazirliyinə məxsusdur.
Nikosiya hava limanı ilk dəfə mülki istifadə üçün 1968-ci ildə açılıb. Ancaq açılışından qısa müddət sonra baş verən Kipr problemi və 1974-cü ildəki Kipr əməliyyatından sonra adada kommersiya uçuşlar dayandırılmış, bağlandıqdan sonra isə Yaşıl xətt adlandırılan BMT əsgərlərinin yerləşdiyi bufer zonada qaldığı üçün bir daha açılmamışdır.
Qalereya
İstinadlar
Kateqoriya:Nikosiya tikililəri