– Yaponiya siyasətçisi və Okinavada sosial hərəkat lideri. Yaponiya Kommunist Partiyasının vitse-sədri olmuşdur.

Həyatı Kameciro Senaqa 1907-ci ildə Yaponiyanın Okinava prefekturasında doğulmuşdur. Kaqoşimada yerləşən Yeddinci liseydə təhsil alarkən marksizm-leninizm ilə tanış olmuşdur. Solçu fəaliyyətlərinə görə liseydən xaric edilmiş və bir neçə fabrikdə işləmişdir. İşçi tətillərinin birindəki iştirakına görə saxlanılmış və üç il həbsdə olmuşdur. 1935-ci ildə azadlığa çıxdıqdan sonra hərbi xidmət üçün Çinə göndərilmiş və 1940-cı ildə Okinavaya qayıtmışdır.

İkinci dünya müharibəsindən sonra Okinavada başlayan ABŞ rejimi dövründə Senaqa aktiv siyasətçi olmuşdur. O, Okinava Xalq Partiyasının lideri olmuş və sədri seçilmişdir. Okinavada ABŞ hərbi bazalarının yaradılmasına qarşı çıxmışdır. 1956-cı ildə Naha şəhərinin meri seçilmiş, lakin bir neçə ay sonra ABŞ hökuməti tərəfindən vəzifəsindən azad edilmişdir. 1970-ci ildə qəbul edilən dəyişiklikdən sonra Okinava Yaponiyanın milli seçkilərində iştirak etməyə başlamış və Senaqa Okinava Xalq Partiyasının namizədi kimi Yaponiya parlamentinin aşağı palatasına seçilmişdir. Okinavanın ABŞ tərəfindən Yaponiyaya qaytarılmasından bir il sonra – 1973-cü ildə partiyası Yaponiya Kommunist Partiyası ilə birləşmişdir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Kotobank-da bioqrafiyası

Kateqoriya:Yaponiya kommunistləri