𐕈 (səslənməsi , transkripsiyası Å, å) — Alban əlifbasının 25-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (Ar) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Aor" olmalıdır, çünki tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində "o" hərfinə çevrilmişdir.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-4–6 Əncir mənasına gələn (tåxan) və , iyirmi mənasına gələn (q̇å) və sözləri sözügedən saitin əlavə udlaqlaşmalı və ya udlaqlaşmasız [o] səsinə yaxın olduğunu qəti şəkildə göstərir. Erməni tədqiqatçı Aşot Abramyan isə düşünürdü ki, bu hərfin düzgün transkripsiyası ä olmalıdır.Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 31 Sergey Murayevin fikrincə isə bu hərf udlaqlaşdırıcı saiti bildirirdi.Sergey Murayyev — Три этюда о кавказско-албанской письменности (Qafqaz albanlarının hərfləri haqda üç etüd), İber-Qafqaz dilçiliyinin məcmuəsi. cild. 8. Tbilisi: Metsniereba. 1981. səh. 258 Georgi Klimov bu hərfin öncələr nə formasını, nə də mənasını başa düşməyibKlimov G. Агванское письмо, попытка его дешифровки (Ağvan əlifbası və onu deşifrə etmək cəhdi), səh. 13 // Gənc filoloqun ensiklopedik lüğəti, Moskva, 1984, lakin sonrakı əsərində onun fonetik dəyərini səhvən /ʒ/ kimi qeyd edib.Klimov G. О составе агванского (кавказско-албанского) алфавита (Ağvan (Qafqaz-Alban) əlifbasının tərkibi haqqında), SSRİ Elmlər Akademiyasının Materialları, ədəbiyyat, dil və incəsənət seriyası, cild 49, sayı 6. Moskva, 1990, səh. 497
İstinadlar
Kateqoriya:Alban əlifbası