𐔿 (səslənməsi: ; transkripsiyası: N', n') — Alban əlifbasının 16-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (Ína) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı qismən doğrudur və hərfin orijinal adı (in'aihesun) 'barışmaq' sözünün kökündəki "İn'a" olmalıdır.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-4–6 Fonetik olaraq dil-diş samiti olan 𐕎 hərfinin damaqlaşdırılmış formasıdır. Bu hərf əsasən alban dilinə alınma sözlərdə istifadə edilir.
Erməni tədqiqatçı Aşot Abramyan bu hərfi erməni əlifbasındakı Ի və Խ hərfləri ilə izah etməyə çalışmış və "xe" səsini ifadə etdiyini irəli sürmüşdür.Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 30 Sergey Muravyev isə onun İrb hərfinin udlaqlaşmış versiyası olduğunu düşünürdü.Sergey Murayyev — Три этюда о кавказско-албанской письменности (Qafqaz albanlarının hərfləri haqda üç etüd), İber-Qafqaz dilçiliyinin məcmuəsi. cild. 8. Tbilisi: Metsniereba. 1981. səh. 258 Rəqəm dəyəri 60-dır. Nümunələr: Alban yazısıTranskripsiyasıTərcüməsiUdi dilində𐔴𐔿𐔼en'iyeniini
İstinadlar
Kateqoriya:Alban əlifbası