Qaqa adası () — Fars körfəzində Birləşmiş Ərəb Əmirliklərinə aid bir ada. Əbu-Dabinin qərbində, Əbu-Dabinin Əd-Dafra bələdiyyə bölgəsinin qərbində, Səudiyyə Ərəbistanı və Qətər ilə sərhədə yaxın ərazidə yerləşir. Kumayis burnunun (Əl-Xəzrə) şimal-qərbində, Əbu Kumayis burnunun cənub-şərqində, Duveyhin körfəzinin girişində yerləşir.

Kumayis burnuna bir keçid yolu ilə bağlıdır. Arxeologiya Əbu-Dabinin Mədəniyyət və Turizm Departamentinin arxeoloqları adada 8500 illik neolit ​​dövrünə aid yaşayış məskəni aşkar etmişlər. Divarları 1 m hündürlüyə qədər qorunmuş dairəvi daş tikililərin qalıqları, məharətlə işlənmiş ox ucları aşkar edilmişdir. 5000 illik dəfn abidəsi də tapılışdır.

Aşkarlanan tapıntılar 2017-ci ildə Əbu-Dabi sahillərindəki Maravah adasında tapılan mirvaridən 500 il daha qədimdir və e.ə 5800-5600 ilə aiddir. Həmçinin bax Palma adaları İstinadlar

Kateqoriya:BƏƏ adaları Kateqoriya:Fars körfəzi adaları