Filipp Lüdviq (; ) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu idi.Neue Deutsche Biographie (NDB). Band 20, Duncker & Humblot, Berlin 2001, ISBN 3-428-00201-6
Həyatı Filipp Lüdviq 1547-ci ildə Çvaybrükgendə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailənin ən böyük oğlu idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları Filip Lüdviq və dörd qardaşı arasında bölündü — Filip Lüdviq Noyburq hersoqluğunu aldı. O, 1574-cü ildə Yülix-Kleve-Berqin hakimi hersoq IV Vilhelmin qızı Anna (1552–1632) ilə evləndi və bu nikahdan Brandenburq Markqraflığına qarşı vərəsəlik mübahisəsində istifadə etdi. Tezliklə Vilhelmin yeganə oğlu İohann Vilhelm varissiz öldü. 1613-cü ildə Filipp Lüdviqin böyük oğlu katolikliyi qəbul etdi və İspaniya və Alman Katolik liqasının dəstəyini qazandı, Brandenburq isə Niderlandın dəstəyini aldı.Hayden, J. Michael (1973). "Continuity in the France of Henry IV and Louis XIII: French Foreign Policy, 1598–1615". Journal of Modern History. 45 (1): Lakin Filipp bu torpaqları tam olaraq ələ keçirə bilmədən 1614-cü ildə öldü.
Ailəsi 27 sentyabr 1574-cü ildə Yülix-Kleve-Berqin hersoqu IV Vilhelmin qızı Anna (1552–1632) ilə evlənmişdi. Övladları:
Anna Mariya (18 avqust 1575 – 11 fevral 1643), 9 sentyabr 1591-ci ildə Sakse-Veymar hersoqu I Fridrix Vilhelmlə evləndi. Dorotea Sabina (13 oktyabr 1576 – 12 dekabr 1598) Volfqanq Vilhelm (25 oktyabr 1578 – 20 mart 1653) Otto Henri (28 oktyabr 1580 – 2 mart 1581) Avqust (2 oktyabr 1582 – 14 avqust 1632) — Pfals-Sulzbax hersoqu Amalia Hedviq (24 dekabr 1584 – 15 avqust 1607) İohann Fridrix (23 avqust 1587 – 19 oktyabr 1644) — Pfals-Sulzbax-Hilpoltştayn hersoqu Sofi Barbara (3 aprel 1590 – 21 dekabr 1591)
İstinadlar
Kateqoriya:Vittelsbax sülaləsi Kateqoriya:Hersoqlar Kateqoriya:Bavariyada dəfn olunanlar Kateqoriya:Pfals-Noyburq hersoqları Kateqoriya:XVI əsr Avropa hökmdarları