Ələsgərli (əvvəlki adı:Badakand)— Azərbaycan Respublikasının Füzuli rayonunun Mirzəcamallı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
2020-ci il noyabr ayının 9-u Ələsgərli kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Ələsgərli kəndi dağətəyi ərazidədir. Toponim "Ələsgərin nəslindən olanlar" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax Füzuli rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Kateqoriya:Füzuli rayonunun kəndləri