Kərimbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kərimbəyli kəndi 1722–1754-cü illərdə Araz çayının sol sahilində yaranmışdır. Kənd Cənubdan Araz çayı, Qərbdən Babı, Şərqdən Aşağı Yağlıvənd kəndləri ilə sərhəddir. Kərimbəyli kənd sakinlərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Kənd Qazaxlı tayfa birliyinə daxil olan Kərimbəyli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kərimbəylilər Qazax mahalından Qarabağa köçüb gəlmiş, sonralar bir sıra yaşayış məntəqələrinin əsasını qoymuşlar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
"Bələdiyyə əraziləri və torpaqları haqqında" 07.12.1999-cu il tarixli 771-IQ nömrəli Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsi ilə Füzuli rayonunun Kərimbəyli bələdiyyəsi təsis olunub və o Bələdiyyənin ünvanı kimi Kərimbəyli kəndi göstərilib.
Bu Bələdiyyənin birinci Nizmanaməsi onun 17.06.2000-ci il tarixli 07 nömrəli Protokolunda təsbit edilmiş Qərarı, ikinci Nizamnaməsi 24.10.2023-cü il tarixli 02 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı, üçüncü Nizamnaməsi isə 28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə təsdiq edilmişdir.
Əhalisi Kərimbəyli kəndinin Kərim bəy, Usub bəy, Nurullah bəy, Nəsrullah bəy, Mehdi bəy, Salman bəy, Süleyman bəy, Cabbar bəy kimi zamanının sayılan ağaları olmuşdur. Kənddə Qaraalovçu, Yağbəstili, Qaraçorlu, Əmədaylı, Bəyliklər Əmədaylı tayfaları vardır.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2.405 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Müharibə iştirakçıları 1937-ci ildə Kərimbəyli kəndindən 15 ailə Sibrə və Qazaxstana sürgün edilmişdir. 1939–1945-ci illərdə II Dünya müharbəsində Kərimbəyli kəndində 85 nəfər iştrak etmişdir. Onlardan 35 nəfəri sağ-salamat evlərinə dönmüşlər, 40 nəfəri isə həlak olmuşdur. 23 avqust 1993-cü ildə Füzuli rayonu işgal olunduqdan iki ay sonra Kərimbəyli kəndi 23 oktyabr 1993-cü ildə ermənilər tətəfindən işğal edilmişdir.
5 yanvar 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonun Horadiz qəsəbəsi daxil olmaqla 22 yaşayış məntəqəsi erməni işğalçılarından azad edildi. İşğaldan azad ediliən kəndlərdən biridə Kərimbəyli kəndidir. Kərimbəyli kəndinin 16 nəfər şəhidi, 7 nəfər Qazisi və 300 nəfərə yaxın müharibə iştirakçısı vardır. Birinci və İkinci Qarabağ müharibəsi zamanı igidlikləri ilə seçilən bir çox qəhrəman şəhidlərimiz, qazilərimiz və veteranlarımız orden və medallarla təltif olunmuşdur.
44 günlük Vətən müharibəsi dövründə öz qəhrəmanlığı ilə seçilən Səfərov Elvin Sərraf oğluna cənab prezident İlham Əliyevin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
İqtisadiyyatı Kərimbəylidə 1928–1929-cu illərdə kollektiv təsərrüfat Kolxoz yaradılmışdır. İlk kolxoz sədri Cəlil Əliyev və Mahmudxan Həsənxan olmuşlar. 1936-cı ildə Kərimbəyli kəndində ilk sovet sədri Bəbəş Məmmədov olmuşdur. 1936–61-ci illərdə Kərimbəyli kəndi əvvəl Ağamalı oğlu adına kolxoz, 1961-ci ildən isə M. Əzizbəyov adına kolxoz olmuşdur. Kolxozda əsas kənd təsərrüfatı məhsulları olan pambıq və taxılçılığın inkişafı ilə əlaqədar olaraq bir qrup zəhmətkeşin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.
Kərimbəyli kənd sakinləri Kərimova Şamayıl və Babayev Misir Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və hər ikisi də "Lenin" ordeni ilə təltif olunmuşdur. Qoyunçuluq sahəsində yüksək göstəricilərinə görə Şirin Şirinov "Lenin"ordenə, Kərimova Cahan və Qəhramanova Firəngiz "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülmüşdür.
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Füzuli rayonunun yaşayış məntəqələrində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur. Sərəncama əlavə edilmiş siyahıda Kərimbəyli kəndi üçün 1 subartezian quyusunun qazılması və həmin quyudan 2729 nəfərin faydalanmasının nəzərdə tutulduğu göstərilmişdir.
Təhsil Kərimbəyli kəndində inqilaba qədər molla məktəbi faliyyət göstərmişdir. 1912-ci ildə Kərbəlayı Tahirxanın evində natamam məktəb açılmışdır. Məktəbin ilk müəllimi Ziyad bəy Xanlarbəy oğlu olmuşdur. Məktəbin ilk şagirdləri Mehrican Heydər bəy qızı, Güllər Nəsrullah bəy qızı, Mirzə Eyvaz oğlu, Bəhram Kərbəlayı Məhəmməd oğlu, Seyidalı Kərbalayı Tahirxan oğlu, Cümşüd Mansırxan oğlu olmuşlar.
1928-ci ildə Kərimbəyli kəndindən Bəhram bəy Kərimbəyli Rusiyada təhsil almışdır. O, ziyalı kimi xidmətində uğur qazanıb Polkovnik rütbəsinə yüksəlmiş və bir ağsaqqal kimi kəndin inkişafına böyük töhvələr vermişdir. Kərimbəylinin bu gündə respublikada tanınmış elm və təhsil sahəsində alimləri vardır. Onlardan Məlikov Murad Hüseyin oğlu (1914–1992) Pedoqoji elimlər doktoru, professor, qabaqcıl maarif əlaçısı, Fizika-Riyaziyyat elimləri doktoru professor Salmanov Vaqif Müseyib oğlu, Sənətşunaslıq elimləri doktoru, professor Quliyev Malik Bayram oğlu ("Əməkdar müəllim") Texnika elimləri namizədi, dosent Quliyev Hüseyinqulu Bayram oğlunu göstərmək olar.
Hal-hazırda 624 şagird yeri olan Kərimbəyli kənd tam orta məktəbi şəhid Əkrəm Yusif oğlu Səlimovun adını daşıyır.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Kateqoriya:Füzuli rayonunun kəndləri