thumb|300x300px|Qızıl Üzən çayı — Xəlxal Qızılüzən(Qızılözən) çayı — uzunluğuna görə İranın ikinci çayı, əsasən Cənubi Azərbaycan ərazisindən axır.

Azərbaycan türkcəsindəki adı olan "Qızılüzən" adı "qızıl" (qırmızı rəng) və "özən" (çay, axar su) sözlərindən ibarətdir. Həmçinin bu addakı "qızıl" (qırmızı rəng) hissəsini tarixən coğrafi məkan adlarında kompas yönlərini bildirən rəng adlarıyla əlaqələndirib, adı "cənubi çay" (qırmızı rəng vaxtilə cənub yönünü bildirmək üçün istifadə olunub) şəklində açıqlamaq olar. Çayın farsca adı olan "Səfidrud" adı isə "ağ çay" deməkdir ("səfid" sözü farsca "ağ rəng", "rud" isə "çay, axar su" deməkdir).

Çayın hövzəsi Bu çay Bicarın Qırxbulaq adlı dağlarından başlanır. Məncilə qədər çay Qızılözən adlanır, Məncildən Xəzərə qədər farsca adı olan Səfidrud adıyla adlanır.

Aşağı hissəsində çay, sıldırımlı dar dağ qobularından keçdiyinə görə sürətlə axır. Məncildən sonra Qızılözən dağ silsiləsini çərtərək və dənizqırağı düzənliyə çıxaraq, suvarma kanalların başlanğıc götürdüyü və çoxsaylı qolları olan mənsəb yaradır.

Çayın ən böyük qolu Gilan ostanının mərkəzi şəhəri olan Rəşt şəhərindən keçərək dənizə tökülür. Çay lil kütləsi gətirdiyinə görə mənsəbi getdikcə dənizə tərəf genişlənir. Mənsəbin sahəsi 3600 kv km, eni 110 km. Qızılözənin qolları müxtəlif yüksəkliklərdə su ilə qidalanır, bu isə suyun il ərzində bərabər daxil olmasına və çayın çox sulu olmasını təmin edir.[М.П.Петров, Иран, Физико-географический очерк. М. 1955 səh. 70

Coğrafiyası və geoloqiyası Pliosendən sonrakı dövrdə qatyaradılma prosesi fəallaşdı. Qədim çay şəbəkəsinə malik müasir İran ərazisi yeni qalxmaya məruz qaldı ki bu bəzi yerlərdə çayların burulmasını şərtləndirdi. Başqa hallarda qədim qabıq dağların tədrici qalxması ilə mövcud çaylar tərəfindən çərtildi və bunun nəticəsində onların vadiləri dağ silsilələri ilə kəsişdi. Qızılözən və Səfidrud çayları da belələrindəndir.[М.П.Петров, Иран, Физико-географический очерк. М. 1955 səh. 14

İqtisadiyyat Dəndi, Mayanşan (Mahnişan), Miyanə, Açaçı, Xalxal (Givi, Heşeyin, Ağkənd Kağızkonan), Zəncan (Tarım və Çürzüq) bölgələrindən axıb Məncil də Şahrud çayına qovuşur və Xəzər dənizinə tökülür.

İstinadlar

Xarici keçidlər -Geography and History, Zanjan — Tebyan-English — تبیان

Həmçinin bax Şərqi Azərbaycan ostanının çayları Qərbi Azərbaycan ostanının çayları

Kateqoriya:Cənubi Azərbaycan çayları Kateqoriya:İran çayları Kateqoriya:Azərbaycan çayları