Cenoa FK () — Italiyanın Liquriya bölgəsindəki Genuya şəhərini təmsil edən peşəkar futbol klubu. İtaliyanın ən yaşlı və ən titullu klublarından biri olan "Cenoa", 9 dəfə İtaliya çempionluğunu qazanıb. Klub 1898–1900-cü illərdə İtaliya çempionatının ilk üç mövsumunun qalibi olublar.
Tarixi "Cenoa" klubunun tarixi 1893-cü ildən başlayır. Rəsmi olaraq 7 sentyabr 1893-cü ildə kriket klubu kimi təsis edilmişdir. Əvvəlcə "Genoa Atletika və Kriket Klubu" adlanırdı. Bu idman cəmiyyətinin ilk illərində onun üzvləri yalnız kriket və atletika üzrə yarışırdılar. Həmin vaxt klubu xaricdən gələn ingilislər təmsil edirdi. Klubun futbol komandası 4 il sonra, 1897-ci ildə yaranır. 10 aprel 1897-ci ildə Ceyms Riçardson Spensli Genuya klubunun futbol bölməsini açır.
Futbol klubu 1898-ci ildə ilk İtaliya çempionatında iştirak edib. İlk oyun Turinin Torino klubuna qarşı keçirilib, klub bu qələbə ilə kuboklar yoluna başlayıb. Bu turnir, "Cenoa"nın qalibiyyəti ilə bitir və klub ilk çempionluğunu qazanır. Klub 1899 və 1900-cü illərdə də çempion olur.
1908-ci ildə klub tarixində ilk dəfə olaraq, xarici oyunçulara məhdudiyyət qoyan "legioner limiti" ilə üzləşir. Komandanın əsas oyunçularının xaricilər olması səbəbindən, bu limit komandaya ağır zərbə olur. Buna görə də klub çempionatda iştirakdan imtina edir. Növbəti mövsümdə futbol federasiyası əcnəbi futbolçularla bağlı limitdə dəyişiklik edir və "Cenua" çempionata geri dönur.
Birinci Dünya müharibəsi başa çatdıqdan sonra komanda şətin keçən bərpa dövrü baş verir. Çünki cəbhədə gedən qanlı döyüşlərdə bir çox komanda üzvləri həlak olur.
Müharibədən sonra ilk kubok 1922/23 mövsümündə qazanılır. Klub növbəti mövsümu birinci yerdə bitirir. Ardınca 1923/24 mövsümundədə çempion olur. Bu çempionluqdan sonra komanda uzun müddət çempionluğa yaxınlaşa bilmir. Yalnız 1929 və 1930-cu illərdə komanda çempionatda gümüş medalları qazana bilir. Daha sonra komanda B Seriyasına düşur.
İkinci Dünya Müharibəsidə "Cenoa"ya çox güclü zərbə vurur. Zərbə o qədər ciddi oldu ki, artıq əvvəlki şöhrətini və kuboklarını qaytarmaq mümkün olmur.
1950 və 60-cı illərdə B Seriyasına düşməkdən başqa, klubun tarixində əhəmiyyətli heç nə baş vermiri.
Komanda 1970-ci ildə C Seriyasına düşur. Ancaq ir neçə ildən sonra, 1973/74 mövsümundə A Seriyasına kimi yüksəlir.
Komandada yeni dövr, 2006-cı ildə "Cenoa"nın baş məşqçisi təyin edilən və klubu A Seriyasına yüksəldən Can Pyero Qasperinin gəlişi ilə başlayır.
2008/09 mövsümündə komanda A Seriyasını 5-ci pillədə başa vurur. Klub medallar və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparsa da, çempionatın sonunda Bolonya və Latsio ilə göruşlərdə məğlub olmasına görə sonda ancaq beşinci yeri tutur. Klubun həlledici məqamda inamlı oynamaq üçün kifayət qədər təcrübəsi olmur.
Nisbətən uğurlu mövsüm başa çatdıqdan sonra komandanın lideri Dieqo Milito klubdan ayrılaraq, sonralar bir mövsümdə "qızıl het-trik" etdiyi İnter klubuna keçir. Növbəti mövsümlərdə klub çox da uğurlu ola bilmir və İtaliya çempionatının ortabab komandalarından birinə çevrilir.
Derbi və azarkeşləri "Cenoa" klubunun iştirak etdiyi bir əsas derbisi var, bu Genuya şəhərinin digər komandası olan Sampdoriya klubu ilə oyunlarır (bu qarşıdurma "Fənər derbisi" adlanır).
Klub azarkeşlərinin dostları, aşağıdakı komandaların azarkeşləri hesab olunur: Napoli, Alessandria, Ankona, Vigor Lamezia və Real Ovyedo .
Uğurları
Milli titullar İtaliya çempionatı (A Seriyası) Çempion (9): 1898, 1899, 1900, 1902, 1903, 1904, 1914/15, 1922/23, 1923/24 Vitse-çempion (4): 1901, 1905, 1927/28, 1929/30 İtaliya çempionatı (B seriyası) Çempion (6): 1934/35, 1952/53, 1961/62, 1972/73, 1975/76, 1988/89 C seriyası Çempion (1): 1970/71 İtaliya Kuboku Qalib (1): 1936/37 Finalçı (1): 1939/40
Avropa titulları Mitropa Kuboku Finalçı (1): 1989/90 Alp Kuboku Qalib (2): 1961/62, 1963/64thumb|"Cenoa" 1962 Alp Kubokunda qələbəni qeyd edir İngiltərə-İtaliya Kuboku Qalib (2): 1994/95 UEFA kuboku Yarımfinalçı : 1991/92
Heyəti 16 yanvar 2022-ci il tarixinə. Mənbə: transfermarkt.com saytındakı oyunçuların siyahısı №OyunçuÖlkəKeçmiş klubuQapıçılar1Adrian Şimper Kyevo FK22Federiko Marketti Latsio FK35Lorenzo Andrenaççi Breşia FK57Salvatore Sirigu Torino FKMüdafiəçilər3Zinyo Vahnuesdenİcarə İnter Milan FK4Domeniko Krişito Zenit5Andrea Masyello Atalanta13Mattia Bani Bolonya14Davide Biraski Avellino FK15Xoan Vaskes İcarə UNAM Pumas16Rikkardi Kalafyoriİcarə Roma36Silvan Hefti Yanq Boyz52Nikola Maksimoviç Napoli55Leo Ostirqardİcarə Brayton66Laurens SerpeKlubun yeritməsiYarımüdafiəçilər8Fransesko Kassata Sassuolo10Filippo Meleqoniİcarə Atalanta11Valon Behrami Syon FK18Paolo Gilyone Milan FK27Stefano Sturaro Yuventus FK33Ernaniİcarə Parma FK47Milan Badel Latsio FK65Nikolo Rovellaİcarə Yuventus FK90Manolo Portanova Yuventus FK93Mohamed Faresİcarə Latsio FK94Abdullay Ture Nant99Pablo Qaldames Veles SarsfildHücumçular9Felipe Kaysedo Latsio FK19Qoran Pandev Qalatasaray FK20Kaleb Ekuban Trabzonspor23Mattia Destro Bolonya24Flavio ByankiKlubun yetirməsi44Aleksander Buksa Visla Krakov45Kelvin Yeboa Şturm91Yaya Kallon SavonaBaş məşqçiAleksandr Blessin
Liqalara görə mövsümlərin sayı Dvuzion Mövsümlərin sayı Debüt Son mövsüm A 81 1898 2019/20 B 33 1934/35 2006/07 C 2 1970/71 2005/06
Görkəmli oyunçular
"Cenoa" oyunçuları böyük beynəlxalq turnirlərdə Turnir OyunçuDünya Kuboku 1938Mario Genta17x17px Mario Perazzolo17x17pxDünya Kuboku 1990Karlos Aqulyera Ruben Paz Xose PerdomoDünya çempionatı 1994Dan PetreskuDünya çempionatı 2002Rauf Buzayen Hassen Qabsi İmed MedebiDünya çempionatı 2006Dante LopezDünya çempionatı 2010David Suaso Sokratis Papastatopoulos Salvatore Bokketti Domeniko KrişitoAmerika Kuboku 2015Fakundo Ronkalla17x17px Tomas RinkonAmerika Kuboku 2016Tomas Rinkon Dieqo LaksaltDünya çempionatı 2014Yoannis Fetfatzidis Mattia Perin Sime VrsaljkoDünya Kuboku 2018Dieqo Laksalt Oskar Hillemark Avropa çempionatı 2020Qoran Pandev Milan Badel
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Cenoa FK Kateqoriya:İtaliya futbol klubları Kateqoriya:İtaliya A Seriyasının qalibi olmuş klublar Kateqoriya:A Seriyası klubları Kateqoriya:B Seriyası klubları Kateqoriya:C Seriyası klubları Kateqoriya:İtaliya kubokunu qazanan klublar Kateqoriya:İtaliya Birinci Divizion futbol klubları