Ofis () — ABŞ istehsalı sitkom teleserialı. Serial uydurma şirkət olan "Dunder Mifflin Paper Company"nin Pensilvaniya ştatının Skranton şəhərindəki ofisinin işçilərinin günlük həyatından bəhs edir. 24 mart 2005-ci ildən 16 may 2013-cü ilədək NBC kanalında yayımlanıb və cəmi doqquz mövsüm davam etmişdir. Ricky Gervais və Stephen Merchant tərəfindən yaradılmış 2001–2003-cü illərdə BBC telekanalında yayımlanan eyniadlı Britaniya serialı əsasında çəkilib. Simpsonlar, Saturday Night Live, King of the Hill teleseriallarındakı işləri ilə tanınan yazıçı Greg Daniels ABŞ üçün ekranlaşdırıb.

Ofis studiya auditoriyası və ya gülüş treki olmadan tək kamera istifadə edilərək real sənədli film üslubunda lentə alınıb. Teleserialın 201 seriyası NBC kanalında efirə çıxıb. "Ofis"in orijinal əsas heyətinə Stiv Kerelı, Reyn Vilson, Con Krasinski, Cenna Fişer və B. J. Novak daxildir. Serialın sonrakı epizodlarında aktyor heyətində bəzi dəyişikliklər baş vermişdir. Ed Helms, Rəşidə Cons, Emi Rayan, Mindi Kalinq, Kreyq Robinson, Ceyms Speyder, Elli Kemper və eləcə də Ketrin Teyt kimi orijinal əsas heyətdən kənar bir neçə məşhur ulduz şouya qoşulub.

Rollarda Stiv Kerrel — Dunder Mifflinin müdirü Maykl Skott rolunda Reyn Vilson — Ofisdəki qəribə işçilərdən biri Duayt Skrat rolunda Con Kresinski — Ofisdəki satıcılardan biri Cim Helpert rolunda Cenna Fişer — Ofisdəki resepsiyonist Pem Bisli rolunda Benjamin Novak — Ofisdə əvvəlcə təcrübəçi olaraq işləyən sonra isə ofis işçisi olan Rayen Hord rolunda Ed Helms — Endi Bernard rolunda

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ teleserialları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:Əlifba sırasına görə teleseriallar Kateqoriya:2005-ci ilin teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Videooyunlara uyğunlaşdırılmış teleseriallar Kateqoriya:2000-ci illərin ABŞ tək-kamera sitkomları Kateqoriya:2005-ci ildə başlayan ABŞ teleserialları Kateqoriya:2013-cü ildə bitən ABŞ teleserialları Kateqoriya:Universal Television teleserialları Kateqoriya:Los-Ancelesdə çəkilmiş televiziya şouları Kateqoriya:Pibodi mükafatı qazanan televiziya proqramları