II Rudolf () — Müqəddəs Roma imperatoru.
1552-ci ildə Vyanada dünyaya gəldi. Atası Macarıstan, Xorvatiya və Bohemiya kralı I Ferdinandın oğlu II Maksimilyan, anası isə Müqəddəs Roma imperatoru V Karlın qızı İnfanta Mariyadır. Valideynləri əmi uşağı idi. Hələ 4 yaşında ikən babası I Ferdinand, 1564-cü ildə isə atası II Maksimilyan Müqəddəs Roma imperatoru ünvanına yüksəldi. Uşaqlıq və ilk gənclik illəri dayısı II Filippin Madriddəki sarayında keçdi. Vyanaya döndükdən sonra hələ atasının sağlığında 1572-ci ildə Macarıstan, 1575-ci ildə isə Bohemiya kralı kimi taclandırıldı.
Atasının vəfatının ardından 1576-cı ildə Müqəddəs Roma imperatoru ünvanı aldı. Ancaq dövlət işlərindən uzaq qalaraq, ədəbiyyat və incəsənətə dəstək verməklə səltənətini başa vurdu. Heç vaxt evlənmədi. Ancaq bir çox məşuqəsi və bu münasibətlərindən doğulan nigahdan kənar övladları olduğu bilinir. 1583-cü ildə Praqaya köçdü və uzun illər burada məskunlaşdı.
Dayısı II Filippin qatı dindar saray mühitində böyüməsinə baxmayaraq, pravoslav, protestantlıq və yəhudilik kimi dini məzhəblərə azadlıq gətirdi. Osmanlılara qarşı olan nifrəti isə 1593-cü ildə yeni bir müharibəyə səbəb oldu. 1606-cı ilədək davam edən bu müharibə isə nəticəsiz qaldı. Bu müharibənin bir nəticəsi kimi, müharibədən və onun gətirdiklərindən bezən macarlar 1604-cü ildə üsyan qaldırdı. Bu üsyanla mübarizə etməsi üçün kiçik qardaşı hersoq Matveyi vəzifələndirdi və 1606-cı ildə çətinliklə üsyanın qarşısı alındı.
Mənbə Frucht, Richard C., ed. (2005). Eastern Europe. ABC-CLIO. p. 252. ISBN 978-1-57607-800-6 Wendell E. Wilson, Joel A. Bartsch & Mark Mauthner, Masterpieces of the Mineral World: Treasures from the Houston Museum of Natural Science, Houston Museum of Natural Science Harry N. Abrams/New York, 2004. ISBN 0-8109-6751-0 Simon Winder. Danubia. pp 129–130. Picador, Pan Macmillan. ISBN 978-0-330-52279-3 Stephens, Henry Morse (1903). The story of Portugal. G. P. Putnam's Sons. pp. 125, 139, 279. ISBN 9780722224731 Ivo Purš and Vladimír Karpenko (2016). Alchemy and Rudolf II. Searching for the secrets of nature in Central Europe in the 16th and 17th centuries. Artefactum. ISBN 978-80-86890-33-3 Rowse, A. L. (1977). Homosexuals in History: Ambivalence in Society, Literature and the Arts. MacMillan Publishing Co., Inc. ISBN 0-02-605620-8
İstinadlar
Kateqoriya:Roma kralları Kateqoriya:Müqəddəs Roma imperiyasının imperatorları Kateqoriya:Avstriya ershersoqları Kateqoriya:Macarıstan kralları Kateqoriya:Xorvatiya kralları Kateqoriya:Çexiya kralları Kateqoriya:İncəsənət kolleksiyaçıları Kateqoriya:XVI əsr Avropa hökmdarları