II Ferdinand () — Müqəddəs Roma imperatoru. Atası Avstriya hersoqu II Karl, anası isə Bavariyalı Anna Mariyadır qatı katolik olan valideynləri lüteran zadəganlardan uzaq tutmaq məqsədilə onu 1590-cı ildə İnqolştadtda təhsil almağa yolladılar. Ancaq həmin ilin iyulunda atası vəfat etdi və 12 yaşlı Ferdinand Avstriya hersoqluğuna yüksəldi. Övladı olmayan əmisi oğlu Müqəddəs Roma imperatoru II Rudolf o illərdə Habsburq ailəsinə rəhbərlik edirdi və Avstriya torpaqları onun tərəfindən təyin edilən naiblər tərəfindən idarə edildi.
Ferdinand 1596-cı ildə rəsmi hakimiyyəti ələ aldı və Osmanlılarla davam edən müharibədə bölgənin müdafiə işləriylə məşğul olmağa başladı. Bundan başqa bölgədəki dini gərginliyi azaltmaq məqsədilə 1598-ci ildən etibarən sərt tədbirlər aldı. İlk növbədə bütün protestant alimlər və müəllimlər sürgün edildi, daha sonra katolik inancını dəstəkləyən dini komissiyalar təşkil etdi. II Rudolf və qardaşı Matvey arasında gedən taxt mübarizəsinin başlanğıcında, Ferdinand Matveyi dəstəkləyirdi. Ancaq onun sonrakı illərdə Macarıstan, Bohemiya və Avstriyadakı protestantları dəstəkləməsi ikili arasındakı münasibətləri pisləşdirdi.
Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriIII Ferdinand13 iyul 16082 aprel 1657 (48 yaşında)Mariya Anna (20 fevral 1631 - 13 may 1646)IV FerdinandAvstriyalı MariannaI LeopoldMariya Leopoldino (2 iyul 1648 - 7 avqust 1649)Avstriyalı Karl JozefEleonora Qonzaqa (30 aprel 1651)Avstriyalı ElyanoraAvstriyalı Mariya Anna YozefaMariya Anna13 yanvar 161025 sentyabr 1665 (55 yaşında)I Maksimilian (15 iyul 1635)Ferdinand MariyaAvstriyalı Maksimilyan Filipp HironimusSesilya Renata16 iyul 161124 mart 1644 (32 yaşında)IV Vladislav Vaza (9 avqust 1637)Sigismund Kazimir VazaLeopold Vilhelm5 yanvar 161420 noyabr 1662 (48 yaşında) -yoxdur
Mənbə Kontler, László (1999). Millennium in Central Europe: A History of Hungary. Atlantisz Publishing House. ISBN 963-9165-37-9 Bireley, Robert (2014). Ferdinand II, Counter-Reformation Emperor, 1578–1637. Cambridge University Press. ISBN 978-1-107-06715-8 MacCulloch, Diarmaid (2009). The Reformation: A History. Viking. ISBN 978-0-670-03296-9 Mikulec, Jiří (2011). "Baroque Absolutism (1620–1740)". In Pánek, Jaroslav; Tůma, Oldřich (eds.). A History of the Czech Lands. Charles University. pp. 233–259. ISBN 978-80-246-1645-2 Pánek, Jaroslav (2011). "The Czech Estates in the Habsburg Monarchy (1526–1620)". In Pánek, Jaroslav; Tůma, Oldřich (eds.). A History of the Czech Lands. Charles University. pp. 191–229. ISBN 978-80-246-1645-2 Whaley, Joachim (2012). Germany and the Holy Roman Empire, Volume I: Maximilian I to the Peace of Westphalia, 1493–1648. Oxford University Press. ISBN 978-0-19-968882-1 Wilson, Peter Hamish (2009). The Thirty Years War: Europe's Tragedy. The Belknap Press of Harvard University Press. ISBN 978-0-674-03634-5
İstinadlar
Kateqoriya:Müqəddəs Roma imperiyasının imperatorları Kateqoriya:Avstriya ershersoqları Kateqoriya:Macarıstan kralları Kateqoriya:Xorvatiya kralları Kateqoriya:Çexiya kralları Kateqoriya:Habsburqlar