thumb|Uşaqlar günündə oğlanlar koynobori uçururlar. – Yaponiyada hər ilin 5 mayında baş tutan milli bayram. Uşaqlar günündə ailələr oğlanlara döyüşçü kuklaları verirlər. Oğlan uşaqları koynobori uçururlar, kaşivamoçi və çimaki yeyirlər.

Tarixi Bayramın orijinal adları Tanqo festivalı və ya Süsən festivalı idi. Qədim Çində hər ilin beşinci ayının beşinci günündə dərman bitkilərini toplamaq və karnizdən yomoqi asmaq ənənəsi mövcud idi ki, xəstəliklər evdən uzaq olsun. Bu ənənə Yaponiyaya keçəndə çəltik əkinçiliyi ilə bağlı olan tabularla və purifikasiya ritualları ilə əlaqələndirilmişdir. Tanqo festivalı ilə bağlı ilk tarixi qeydlər 839-cu ilin 5-ci ayının 5-ci gününə aiddir. Süsənlərin şəri qovduğuna inanıldığı üçün Nara dövründə insanlar həmin gün süsən çələngi taxırdılar. Bu adətlər zamanlar unudulsa da, müasir dövrdə bəzi evlərdə süsən və yomoqidən istifadə etmək ənənəsinə rast gəlinir. Digər adətlərə süsən ləçəkləri ilə birlikdə düyü şərabı içmək və suda üzən süsənlərlə birlikdə hamam qəbul etmək aiddir.

XII əsrdə döyüşçü təbəqənin güclənməsindən sonra süsənlər döyüş sənətləri ilə əlaqələndirilmiş və həmin gün oğlan uşaqlarına döyüşçü təsvirlərinə malik çərpələnglər vermək adəti geniş yayılmışdır. Edo dövründə oğlan uşaqlarına koynobori hədiyyə edilməyə başlanmışdır. Bunun səbəbi koy balıqlarının uğurla əlaqələndirilməsi idi, çünki qədim Çin əfsanəsinə görə çayın yuxarı axını ilə üzən koy balığı sonda əjdahaya çevrilirdi.

Hər ilin 3-cü ayının 3-cü günü qızlar üçün nəzərdə tutulan Gəlincik festivalı kimi qeyd olunduğu üçün 5 may tarixi zaman keçdikcə Oğlanlar gününə çevrilmişdir. 1948-ci ildə 5 May milli bayram elan olunmuş və adı dəyişdirilərək Uşaqlar günü olmuşdur. Lakin hələ də bəzi ailələrdə bu gün Oğlanlar günü kimi qeyd olunur.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Kids Web Japan

Kateqoriya:Yaponiya bayramları Kateqoriya:Yaponiya festivalları Kateqoriya:Maydakı bayramlar Kateqoriya:Uşaqlar günü