200px|thumb|right|Avstraliyanın yetkin əhalisinin media və telekommunikasiyada işləyənlərinin faizi. 2011-ci il əhalinin siyahıya alınmasına əsasən hesablanmışdır.

Avstraliya mediası — Avstraliyada yerləşən kütləvi informasiya vasitələri. Avstraliya ənənəvi və rəqəmsal formatları əhatə edən və əsasən ingilisdilli əhaliyə xidmət göstərən müasir və müxtəlif media sənayesinə malikdir. Avstraliya 2018-ci ildə mətbuat azadlığı reytinqində 180 ölkə arasında 19-cu yerdə qərarlaşmış, lakin 2020-ci ildə 26-cı yerə düşmüşdür.

Avstraliyada media müxtəlif formatlarda, o cümlədən radio, televiziya, qəzet və internetlə təmin olunur. Çeşidlərə yerli, regional, ştat, federal və beynəlxalq media mənbələri daxildir. Onlar Avstraliya xəbərləri, siyasəti, problemləri və mədəniyyəti haqqında məlumat verirlər.

Ölkənin ən iri qəzetləri: "Herald Sun", "The Sydney Morning Herald", "The Daily Telegraph" və s. Ən böyük teleqraf agentliyi "Australian Associated Press"dir.

İstinadlar

Əlavə ədəbiyyat The Department of Foreign Affairs and Trade, Media in Australia Kim Jackson, Parliament of Australia- Parliamentary Library, Media Ownership Regulation in Australia, 2003

Kateqoriya:Media