Aberdin-Anqus qaramalı () — tezyetişən ətlik qaramal cinsi.
Tarixi Şotlandiyada yetişdirilmişdir. İngiltərə, Yeni Zelandiya, ABŞ, Kanada, Argentina və s. ölkələrdə əsas qaramal cinslərindəndir. 1932-ci ildə SSRİ-yə gətirilmişdir. Rusiyada əsas damazlıq təsərrüfatı Volqoqrad vilayətindədir. Azərbaycanda yerli cinsləri yaxşılaşdırmaq üçün istifadə olunur.
Xüsusiyyəti Ayaqları qısa, rəngi qaradır. Buynuzsuzdur. İnəklərin diri çəkisi 500–600 kq, buğalarınkı 700–750 kq, 7–8 aylıq buzovlarınkı 200 kq-dək olur. Əti yüksək keyfiyyətlidir. İldə orta hesabla 2000 kq-dək süd verir (yağlılığ 3,8–4%).
İstinadlar
Əlavə ədəbiyyat
Абердин-ангусская порода / Г. П. Легошин // А — Анкетирование. — М. : Большая российская энциклопедия, 2005. — С. 21. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004–2017, т. 1). — ISBN 5-85270-329-X. Абердин-ангусская порода // А — Ангоб. — М. : Советская энциклопедия, 1969. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969–1978, т. 1). Абердин-ангусская порода // Сельскохозяйственный энциклопедический словарь / Редкол.: В. К. Месяц (гл. ред.) и др. — М.: Советская энциклопедия, 1989. — С. 7. — 655 с.
Kateqoriya:İnək cinsləri Kateqoriya:Əhliləşdirilmiş heyvanlar