Giorgi "Qiqo" İvanes dze Qabaşvili (; ) gürcü rəssam və pedaqoq. Realist məktəbinin ilk gürcü nümayəndələrindən biri. Yaradıcılığı şərqşünas obyektivlər vasitəsilə gündəlik həyatın müxtəlif mövzularını, mənzərələrini və səhnələrini əhatə etməsi ilə məşhurdur. Qərbdə çox tanınmasa da, Qabaşvilinin rəsmləri çox yüksək qiymətləndirilir, 19-cu əsrin sonlarında rəssamın amerikalı biznesmen Çarlz Riçard Kreninin sifarişi ilə çəkilmiş Səmərqənddəki Bazar əsəri 2006-cı ildə Christie's-də 1,36 milyon dollara satıldı.Roy Bolton, Edward Strachan. Russian Orientalism: Central Asia & the Caucasus. Sphinx Fine Art: 2009, s. 40

Bioqrafiya 9 noyabr 1862-ci ildə Gürcüstanın (o zamanlar Rusiya İmperiyasının bir hissəsi) Tbilisi şəhərində anadan olan Qabaşvili təhsilini İmperator İncəsənət Akademiyası (1886–1888) və Münhen İncəsənət Akademiyasında (1894–1897) almışdır. Vətənə qayıdaraq Tiflisdə fərdi sərgisi ilə təltif olunan ilk rəssam kimi debüt etdi. 1900–1920-ci illərdə Qafqaz İncəsənətin Təbliği Dərnəyinin nəzdindəki sənət məktəbində dərs demişdir. Qabaşvili Tbilisi Dövlət Rəssamlıq Akademiyasının qurucu professorlarından biri idi (1922) və Gürcüstan SSR Xalq artisti fəxri adına layiq görülmüşdür (1929). Dövrün məşhur rəssamları Apollon Kutateladze və Yelena Axvlediani ilə eyni sırada dərs demişdir. Qabaşvili realist sənətə sadiq qaldı və sol sənətə qarşı olduğunu bildirdi. O 1936-cı il 28 oktyabr tarixində Gürcüstanın Kobuleti Bələdiyyəsi Tsihisdziri kəndində öldü.

Əsərlər Qabaşvili ən çox kəndlilərin, şəhərlilərin və zadəganların canlı portretləri ilə məşhurdur ("Üç şəhərli", 1893; " Yatan Xevsur ", 1898; "Sərxoş Xevsur", 1899; " Kürd ", 1903–1909); "Üç General", 1910; və s.), Eləcə də gürcü ("Alaverdoba Festivalı", 1899) və Şərq həyatından – bunların çoxu onun 1894-cü ildə Orta Asiya səyahətinin eskizlərinə əsaslanır çoxşaxəli səhnələr ("Səmərqənd Bazarı", 1894–1897; "Buxaradakı Divan-Bey Havuzu", 1897; və s.). Əsərlərinin çoxu indi Tiflisdəki Dövlət İncəsənət Muzeyində sərgilənir. Onun 1895-ci ildə Qafqazda səyahət edərkən onunla görüşən ABŞ diplomatı və iş adamı Çarlz Riçard Kreninin istəyi ilə hazırladığı "Səmərqənddəki Bazar" nüsxəsi 2006-cı ildə Sotheby's tərəfindən 1.36 milyon ABŞ dollarına satıldı.The Golden Road to Samarkand: the Rebirth of Gigo Gabashvili's Art. Georgia Today. 12 Yanvar, 2007.

Qalereya

Qeydlər və istinadlar

Xarici linklər Qiqo Qabaşvili Gürcüstan Fotoqrafiya Muzeyində

Kateqoriya:Rusiya imperiyası rəssamları Kateqoriya:Gürcüstanın xalq artistləri Kateqoriya:1936-cı ildə vəfat edənlər Kateqoriya:1862-ci ildə doğulanlar Kateqoriya:Gürcü rəssamlar Kateqoriya:XIX əsr Rusiya rəssamları